Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu il Həcc ziyarəti ləğv edildi - Səudiyyə Ərəbistanı qərar verdi


Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv edib.

Cenub.az-ın məlumatına görə, bu barədə "Sky News Arabia" məlumat yayıb. Məkkə və Mədinə kimi müqəddəs məkanlara ziyarətin ləğv edilməsinə səbəb dünyanı cənginə alan koronavirus pandemiyasıdır.

"Bu il Həcc ziyarəti ölkə ərazisində yaşayan müxtəlif millətlərdən olan çox az sayda zəvvarın iştirakı ilə baş tutacaq".


Xatırladaq ki. bu il Həcc ziyarəti iyulun sonlarında başlayacaq. Hər il Məkkəni mövsümündə milyonlarla müsəlman ziyarət edirdi.

Səudiyyə Ərəbistanı koronavirusa yoluxma sayına görə ərəb ölkələri arasında liderdir. Ölkədə 161 mindən çox yoluxma qeydə alınıb. 1307 nəfər ölüb. Pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində məscidlərin fəaliyyəti martın sonlarından dayandırılmışdı. İyundan isə onların mərhələli şəkildə açılması başlanılıb. Lakin müqəddəs şəhərlərdəki ibazdət məkanları hələ də fəaliyyət göstərmir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10