Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirus çaylarda və göllərdə 25 günə qədər yaşaya bilər... - İNANILMAZ


Cenub.az TASS-a istinadən xəbər verir ki, İngiltərə və Polşadan olan həkimlər yeni  növ koronavirusun suya düşdüyü zaman özünü necə apardığını müşahidə edib və həmçinin, iyirmi ölkədə təmizlənməmiş su içməyin riskini qiymətləndiriblər. 

Məlum olub ki, virus çaylarda və göllərdə 25 günə qədər qala bilər və ən çox bundan Böyük Britaniya, İspaniya və Mərakeş ehtiyat etməlidir.

"Təbii su anbarları yeni növ koronavirusun (SARS-CoV-2) çoxalmasına  və yayılmasına səbəb ola bilər. Bir çox ölkələrdə onlar sağlamlığa real təhlükə yaradırlar "- deyə alimlər yazırlar.

İtalyan və İspan həkimlərinin araşdırmalarının nəticələri göstərdi ki, müasir çirkab su təmizləyici sistemləri SARS-CoV-2- virusu su obyektlərinə girməzdən əvvəl tamamilə zərərsizləşdirilməlidir.
SARS-CoV-2 suda ola bilər və hələ də yeni qurbanları yoluxdurma qabiliyyətini saxlayır.

Məlum olub ki, virus suyun istiliyi kifayət qədər aşağı olanda, çox uzun müddət suda qala bilər. Tipik kanalizasiya sularında, çaylar və göllərin sularında, həkimlərin sözlərinə görə, virus təxminən 25 gün yaşayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10