![](/uploads/posts/2020-06/medium/1592835471_terevez-e1592834031456.jpg)
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.
K.Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir: “Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.