
Roma və Neapoldan 2 saatlıq məsafədə yerləşən kəndin başlatdığı "Özünə Moliseni hədiyyə et" adlı tətil kampaniyası zamanı turistlərə iyul-sentyabr ayları arasında pulsuz tətil hədiyyə ediləcək.
Cenub.az xəbər verir ki, təxminən 500 əhalisi olan kəndin tarixi mərkəzindəki boş evlər turistlərin istifadəsinə 1 həftə pulsuz təqdim ediləcək. Ancaq yemək və gəzinti xərclərini özləri ödəyəcəklər.