Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı təhsilinin “pandemiya qələbələri”


Qızılağac məktəbliləri daha üstün nəticələrə nail olublar


Masallı təhsili ilə bağlı vaxti ilə xeyli tənqidi yazılar çap etmişik      

  • saxta attestatlar,
  • saxta siniflər,  
  • təhsildə faiz əməliyyatları, -  oyuncaq “Gəncə filialı”-nın məzunları və sair.

Son vaxtlar isə Masallı təhsili ilə bağlı bir sıra ürəkaçan xəbərlər eşidirik. Ötən il  ölkənin 11  bölgəsinin 34 rayonu sırasında Təhsil Naziri Ceyhun Bayramovun əmri ilə təhsil şöbələrinin əsas göstəriciləri üzrə hesabatları dinlənilmiş və onlardan 12 rayonun hesabatı qənaətbəxş hesab olunmuşdu ki, onlardan da biri Masallı Rayon Təhsil Şöbəsidir.


Bu il  iyun   ayında ölkənin bütün məktəblərinin yuxarı və aşağı yaş qrupları üzrə respublika   olimpiadasının final turu keçirilmişdir. 


Bu yarışmada Masallının 12 şagirdi iştirak etmiş və onlardan 6-sı rayona medallarla qayıtmışdır.

Qızılağac kənd 1 saylı tam orta məktəbinin 3 şagirdi bu yarışmada qalib adını qazanıb. Onların 1-i qızıl, 2-si isə gümüş medallara layiq görülüb.

Digər qaliblərdən biri Şəhər 3 saylı, digər 2-si isə ucqar  Sığdaş  və Sığıncaq kənd tam orta məktəblərinin payına düşüb.

Qaliblərin 

3 nəfəri coğrafiya,

 2 nəfəri tarix, 

1 nəfəri isə  kimya fənni üzrə fərqləniblər.

Qalibləri sizə təqdim ediriki:


Qızıl medal


Səfərli Toğrul Əhməd oğlu – Qızılağac kənd 1 saylı tam orta məktəbi. Coğrafiya üzrə. 11-ci sinif. Qeyd: Toğrul Səfərli 9   və 10-cu  sinif şagirdi olan zaman da yaşıdları arasında bu yarışmanın qalibi olmuşdu.


Gümüş medalçılar


Nəsirov Fərid Afiq oğlu- Qızılağac kənd 1 saylı tam orta, 11-ci sinif, 2-ci yer, coğrafiya.

Ramazanlı Azər Maarif oğlu, Qızılağac kənd 1 saylı tam orta,  2 ci yer, 11-ci sinif, tarix.

Cəfərov Rövnəq Fərəc oğlu- Sığıncaq kənd tam orta məktəb,  coğrafiya, 2-ci yer, 8-ci sinif.


Bürünc medalçılar

Şükürlü Kənan Çingiz oğlu – Masallı Şəhər 3 saylı tam orta məktəb, kimya, 3-cü yer, 10-cu sinif.

Musayev Sadiq Zaur oğlu – Sığdaş kənd tam orta məktəb, 9-cu sinif, tarix, 3-cü yer.


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Respublika  IV qrant müsabiqəsinin qalibləri:


Ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihə;

Masallı şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəb “Gələcəyin Könüllüləri”.


Təhsildə İnkişaf və İnnovasiyalar üzrə fərdi kateqoriya üzrə qalib gəlmiş layihə: 

Qodman kənd C.Kazımov adına tam orta məktəbi – Əliyeva Gülnar Mirsalam qızı: “İstedadlı qız şagirdlərinin əl işləri sərgisi”.


Masallı şəhər 1 saylı tam orta məktəbi – Muxtarova Nərgiz Abutalıb qızı “Sağlam məktəbli, davamlı təhsil”.

Qalibləri təbrik edirik!


Təqdim etdi: Masallı Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Üzeyir Sadıqov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10