Masallının İsti-Suyu satılıb, ya...
Cənub bölgəsindəki 3 İsti-SU qaynağın- Astaradakı, Lənkərandakı və Masallıdakı qaynaqlarının hərarəti burada müalicə olunanları, çölü ondan qazanc götürmək istəyənləri “yandırır”.
Astara İsti-Su -yu ala-yarımçıq istirahət mərkəzi dövrünü yaşayır. Masallıda isə vəziyyət tam başqa cürədir. Təbii gözəlliyi ilə Azərbaycanın əksər istirahət mərkəzlərindən geri qalmayan Masallı İSTİ-Suyu yolundan tutmuş primitiv şəraiti, qeyri-müasirliyi ilə çox yerlərdən geri qalır. 20 ildən artıq buranı nəzarətində saxlayan İldırım Allahyarov və qardaşları, həmin ərazini arzu edilən istirahət mərkəzinə çevirə bilmədilər. Son vaxtlar İldırım Allahyarov “mehriban düşmənləri” olan əmioğlularına qarşı hücuma keçib, keçmiş “düşməni”, indiki “dostu” bələdiyyə sədri ilə birləşərək, neçə deyərlər, itirdiyi mövqeləri bir-bir ələ keçirir. Heç də gücsüz olmayan qarşı tərəf isə müəmmalı şəkildə susur.
Çoxlu borcu olduğu bildirilən İ. Allahyarovun sanatoriyanı satdığı və yaxud satmaq istədiyi bildirilir. Onun bu sanatoriyadan can qurtarmaq istəməsi də səbəbsiz deyil- bir tərəfdən borclular onu sıxır, ikinci tərəfdən, dövlət səviyyəsində Viləş oteldən qərb tərəfə yeni, olduqca müasir istirahət mərkəzinin salınacağı gözlənilir. Hansı ki, İsti-SU ərazisindəki müalicəvi suyun borular vasitəsi ilə həmin istirahət mərkəzinə, eləcə də Viləş otelə gətiriləcəyi gözlənilir. Bu su da yuxarıdan aşağıya, daha müasir binalara gələndən sonra oradakı vannalar əhəmiyyətini itirmiş olur.
Hələ ki, bu işdə qaranlıq məqamlar kifayət qədərdir.
İlahə
Lənkəran İsti-syunun bəxtiaçılmaq üzrədir
Haftonu İsti-su müalicə sağlamlıq sanatoriyası Lənkəran-Lerik yolunun 12 km-liyində yerləşir.Yerli talış xalqının dili ilə "Qamo" (qam-isti, ov-isə su deməkdir.) adlanan bu suyun müalicəvi keyfiyyətə malik olması hələ qədimlərdən məlum imiş. İsti-su dəri, oynaq, sümük ağrıları, ürək-damar xəstəlikrinin müalocəsi üçün çox faydalıdır. Sovet hakimiyyəti zamanı burada həmin dövrün standartlarına uyğun Ümumittifaq əhəmiyyətli sanatoriya tikilmişdi. Keşmiş SSRİ-nin hər tərəfindən bura insan axını olur və çoxları bu sudan şəfa alırdı.Yerli əhali də İsti-su şəfasından faydalanırdı. Kənd əhalisi hətta İsti-su-dan hamam kimi istifadə edirdi. Suyun temp. +42 dərərcəyədək qalxırdı. İndi isə "hamam hamam içində...”
2005-ci ildən sonra Prezident fərmanı ilə İsti-su pansionatı Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının balasından çıxarıldı. İqtisadi İnkişaf Nazirliyinin sərəncamına verilən İsti-suda Prezidentin sərəncamı ilə 150 nəfərlik sanatoriya yenidən təmir olunmalı idi. Amma olunmadı. Pansionat özəlləşdirildi.10 ildən artıq bura üz tutan olmadı. Nəhayət ötən ildən İsti-su nəhayət yenidən yada düşdü. "Paşa Holdinq"-ə məxsus tikinti şirkəti hazırda orada tikinti işləri aparır. Yerli camaatın dediyinə görə tikintidə işlər sürətlə gedir.
Yenə də həmin camaatın dediyinə görə burada çox bahalı nömrələr qurulur, bura xaricilərin güclü axını gözlənilir və yerli sakinlərin bu şəfa ocağından istifadəsi çox müşkül olacaq.
İltifat Rahimzada
(İltifat müəllimə bizlə əməkdaşlığına görə təşəkkür edir və inanırıq ki, bu əməkdaşlıq davamlı olacaq.