Bu günlərdə bir neçə sayt Masallı ilə bağlı qəribə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Masallı Mərkəzi Xəstəxanasında həm lallığı, həm də karlığı olan şəxsə sürücülük vəsiqəsi almaq üçün rüşvət müqabilində arayış verilib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxs, MXR-in direktoru, eləcə də sürücülərin müayinəsi üzrə həkim komissiyasının sədri Cəlil Nəzərovla olayla bağlı əlaqə saxladıq. Cəlil Nəzərov bildirdi ki,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1992-ci il tarixli, 13 saylı əmrinə əsasən lal-kar şəxslərə sürücülük vəsiqəsi verilə bilər.
Sürücülük vəsiqəsi alınması üçün verilən 83 saylı formada sürücülük vəsiqəsinin koteqoriyasl olması və arayışın müddətinin 2 il olması qeyd olunur.
Lakin texniki səhf üzündən arayış onun qardaşının adına 3 il müddətinə verilib. Həmin arayış əsasında verilən sürücülük vəsiqəsi alınan zamanı isə həmin yanlışlıq düzəlib və vəsiqə 2 il müddətinə rəsmiləşdirilib.
Həmin şəxsdən, Ərkivan sakini K. Kazımovdan 100 manat alınması barədə məlumat da həqiqətə uyğun deyil. Bu məsələ həddindən artıq şişirdilib. Olayla bağlı DİN-ə müvafiq arayış göndərilib.
Olayda adı hallanan şikayətçi Rüfət Kazımovla da əlaqə saxladıq. O bildirdi ki, heç kim ondan rüşvət istəməyib, o da heç kimə rüşvət verməyib.
Məlumat üçün onu da bildirik ki, kar-lal şəxslər maşın sürə bilər. Onlar sürücülük edərkən həmin maşına xüsusi fərqlənmə nişanı vurur, bu şəxslər siqnal səsin eşidə bilməsələr də, maşının güzgüləri vasitəsi ilə hərəkət edirlər.
Hazırladı: Turan Əlisoy. Cenub.az