Konstitusiya düzəlişi layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib
Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.
Cenub.az gürcü mediasına istinadən bildirir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib. Onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.
Konstitusiyaya təklif edilən düzəlişə əsasən, bu ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq. Seçki baryeri isə 1 faiz təşkil edəcək.