Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Köçəryanın azadlığa çıxması üçün 4,1 mln. dolları ödəyən sahibkarların adları bəlli oldu....


Aralarında tanınmış rus iş adamı da var...



Xəbər verdiyimiz kimi, Ermənistan Apelyasiya Məhkəməsinin 2 milyard dram(4,1 milyon ABŞ dolları) müqabilində azadlığa –zaminə buraxılması barədə qərarına uyğun olaraq dünən - iyunun 19-da   həmin məbləğdə girov ödənildikdən sonra işğalçı ölkənin terrorçu eks-prezidenti Robert Köçəryan sərbəst buraxılıb.

Erməni mənbələrindən bəhs edilən girov məbləğini ödəməkdə Köçəryan ailəsinə yardım etmiş iş adamlarının siyahısını əldə edilib. Onların arasında rus da var.

Siyahını təqdim edirik:

-Samvel Karapetyan - Rusiyada qeydiyyatda olan, fəaliyyət göstərən  və Qarabağın  məskunlaşmasına fəal dəstək verən “Taşir” şirkətlər qrupunun rəhbəri.

- Sergey Ambarsumyan  - “Monarx” şirkətlər qrupunun sahibi.

- Vladimir Yevtuşenkov -  R.Köçəryanın  da müstəqil direktor qismində İdarə Heyətinin üzvü olduğu Rusiyanın  məşhur “AFK Sistema” şirkətinin  əsas sahibi.

- Gennadi Stepanyan  - Rusiya iş adamı və xeyriyyəçi.

Xatırladaq ki, R.Köçəryanın yaxın əlaqələri olan Rusiya prezidenti V.Putin onun azadlığa buraxılması üçün çox səy göstərirdi.  Və çox güman ki, girov məbləğinin ödətdirilməsində də bu dostluğun  böyük rolu olub...

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10