Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Hansı Avropa ölkələri səyahət məhdudiyyətini yüngülləşdirir?


Avropa Komissiyası Avropa Birliyinin (AB) daxili sərhədlərinin iyunun 15-dən açılmasını tövsiyə edib.

"The Guardian" yazır ki, AB ölkələrinə daxil olan dünyanın digər ölkələrindən gələn turistlərə iyunun 30-dan sonra genişləndirilmiş müvəqqəti məhdudiyyətlər tövsiyə edib.

Belçika, Finlandiya, Fransa və Almaniya  iyunun 15 -dən etibarən daha çox sayda Avropa ölkəsi ilə sərhədlər açanlardandı.

İngiltərə sərhəddində gələnlərin hamısı 14 gün ərzində özünü təcrid etməli və ya 1000 funt sterlinq cərimə ödəməlidirlər. Həmçinin əlaqə və məskunlaşma barədə  məlumat verməlidirlər. Sadəcə İrlandiyadan gələn sərnişinlər istisnadır.

Albaniya 

Quru sərhədləri beynəlxalq turistlər üçün açıqdır, lakin kommersiya uçuşları dayandırılıb. Daxili səyahətə də icazə verilir. Otellər, mağazalar, restoranlar, çimərliklər, idman mərkəzləri, hovuzlar, internet kafe və mədəniyyət mərkəzlərinin açılmasına icazə verilir.

Avstriya

AB və Şengen zonası və İngiltərədən gələn turistlər üçün sərhədlər açıqdır. Böyük Britaniya, İsveç, İspaniya və Portuqaliya istisna olmaqla, AB-dən gələnlərdən sağlamlıq haqqında arayış tələb olunmur. Arayışı olmayanlar 14 gün ərzində özlərini təcrid etməlidirlər. Vyana hava limanında koronavirus testinin qiyməti 190 avrodur. Restoranlar, barlar və otellər işləyir.İctimai nəqliyyatda və dükanlarda  maska taxmaq məcburidir.

Belçika

AB, Şengen zonası və İngiltərədən gələn turistlər üçün sərhədlər açıqdır. İctimai nəqliyyatda maska taxmaq məcburudir. Mağazalar, muzeylər, barlar, restoranlar və bəzi turistik məkanlar açıqdır, açıq havada kiçik tədbirlərə icazə verilir.

Bolqarıstan

İngiltərə, AB və Şengen ölkələrindən gələn turistlər üçün sərhədlər açıqdır. Gələnlər 14 gün ərzində özünü təcrid etməlidirlər. Azaldılmış birbaşa reyslər İngiltərə ilə işləyir və tranzit icazə verilir. Bəzi otellər, hovuzlar ,bazarlar ,barlar,restoranlar açıqdır. Muzeylər, qalereyalar və kinoteatrlar məhdud şərtlərlə  açıqdır. İctimai nəqliyyatda və digər qapalı yerlərdə maska taxmaq məcburidir.

Xorvatiya

Sərhədlər AB və o cümlədən İngiltərədən gələn turistlər üçün açıqdır. Gələnlər əvvəlcədən onlayn forma doldurmalı və giriş üçün turist qeydiyyatını təqdim etməlidirlər. Çexiya, Macarıstan, Avstriya, Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Almaniyadan olan turistlər istisnadır.
Parklar, çimərliklər, dükanlar, muzeylər, otellər və açıq havadakı restoranlar işləyir.

Kipr 

Pandemiya ilə vəziyyəti düzəltmiş ölkələrdən gələn turistlər üçün sərhədlər açıqdır (A kateqoriyasında olan13 ölkəyə heç bir məhdudiyyət tətbiq olunmur ,B kateqoriyasında olan 6 ölkə sağlamlıq haqqında arayış və mənfi test nəticələrini təqdim etməlidir, əks halda 60 avro ödəməlidir). Bəzi otellər və muzeylər açıqdır. Parklar, açıq oyun sahələri, meydançalar iyunun 21-dən açılması gözlənilir.

Çexiya

AB, Şengen zonası və İngiltərədən gələn turistlər üçün sərhədlər açıqdır. Bununla birlikdə, ölkələr həftəlik qiymətləndiriləcək və riskə görə kateqoriyalara bölünəcək, bəziləri isə gəliş zamanı sınaqdan keçəcəklər. Orta və ya yüksək risk hesab edilən ölkələr mənfi test nəticəsi təqdim etməli və ya 14 gün özünü təcrid etməlidirlər. Daxili səyahətə icazə verilir. Mağazalar, açıq havar restoranları, muzeylər və digər mədəniyyət müəssisələri işləyir.İctimai nəqliyyatda maska taxmaq məcburidir.

Danimarka

Sərhədlər Norveç, Almaniya və İslandiyadan gələn turistlər üçün açıqdır. Mağazalar, parklar, restoranlar,kinotatrlar və bəzi otellər açıqdır,

Estoniya

İngiltərə, AB və Şengen ölkələrindən gələn turistlər üçün sərhədlər açıqdır. İngiltərə, İsveç, Belçika, İrlandiya, Portuqaliya, Malta və İspaniyadan gələnlər 14 gün ərzində özünü təcrid etməlidirlər. Otellər, muzeylər, hovuzlar və digər istirahət obyektləri işləyir. Restoran və barlar axşam saat 10-a qədər açıqdır.

Finlandiya

Sərhədlər Norveç, Danimarka, İslandiya, Estoniya, Latviya və Litvadan gələn turistlər üçün açıqdır. AB-nin digər ölkələrindən gələn turistlərə 14 iyuldan sonra icazə verilə bilər (Finlandiya hökumətinin məhdudiyyətləri yenidən iyunun sonunda yenidən nəzərdən keçirəcəyi gözlənilir). Restoran və barlarr saat 11-ə qədər açıqdır. Otellər yenidən açılmağa başlayır. 

Fransa

Sərhədlər İngiltərə, Şengen zonası və AB ölkələrindən gələn turistlər üçün açıqdır. Böyük Britaniya və İspaniyadan gələnlər 14 gün özlərini təcrid etməlidirlər. Maska taxmaq məcburidir. Mağazaların, restoranların, barların, muzeylərin, çimərliklərin və parkların yenidən açılmasına icazə verilir.

Almaniya

Sərhədlər İngiltərə, Şengen zonası və AB ölkələrindən gələn turistlər üçün açıqdır. Digər hər yerdən gələn turistlərə ən az avqusta qədər gözləməli olacaqlar. Mağazalar, restoranlar və bəzi otellər açılır. Böyük tədbirlər avqust ayından geri dönə bilər.

Türkiyə 

Sərhədlər turistlərin üzünə açıqdır. Bəzi beynəlxalq reyslər və daxili reyslər, o cümlədən Böyük Britaniya ilə də həyata keçirilir. Otel və restoranların açılmasına icazə verilir. Dükanlardan və ictimail nəqliyyatda maska taxmaq məcburidir.

Bənzər yüngülləşdirmə tətbiq edən digər ölkələr bunlardır:

Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Luksemburq. Malta, Hollandiya, Norveç,Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, İspaniya, İsveç, İsveçrə.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10