Balaşirin müəllimin başıbəlalı günləri
Lerik təhsil şöbəsindən bir-birindən bəd xəbərlər
Balaşirin Nəsirov 6 il öncə Lerik Rayon Təhsil şöbəsinə müdir təyin ediləndən bu rayondan şikayətlərin ardı-arası kəsilmir. Bacısından tutmuş məktəb direktorlarınadək ondan kütləvi şikayət edənlərin ardı-arası kəsilmir.
Həhayət ki, bu il may ayının 12-də Balaşirin Nəsirov vəzifəsindən azad edildi.
Redaksiyaya daxil olan məlumata görə Balaşirin Nəsirov vəzifədən azad olunması barədə məktub rayona aprel ayının sonlarında daxil olub. Rayon rəhbərliyi Balaşirin müəllimdən ayrılmaq istəmədiyindən onun bülleten götürməsinə şərait yaradıb. Lakin onlarla direktorun təkidli tələbindən sonra (Bizə daxil olan məlumata görə elə gün olmur ki, Balaşirin müəllimdən yuxarı təşkilatlara 10-15 teleqram getməsin ) Baş Prokurorluğun və Təhsil Nazirliyinin məktubuna əsasən o, vəzifədən azad edilmiş, onun səlahiyyətləri Lerik Təhsil Şöbəsində metodiki şöbənin müdiri işləyən Hicran İbrahimova həvalə edilmişdir.
Bəs onlarla direktor Balaşirin müəllimdən niyə narazıdır? Onların bildirdiyinə görə Balaşirin müəllim hər məktəbə ən azı 100 manatdan “tas” qoyub, 100-ə yaxın məktəbin təmir pulu yeyilib və s.
Yayılan məlumatda o da deyilir ki Lerik Təhsil şöbəsinin fəaliyyəti Baş Prokurorluq tərəfindən yoxlanılır.
Xatırladaq ki, 3-4 il öncə biz və bir sıra mətbu orqanları Balaşirin müəllimin xoşagəlməz əməlləri barədə yazılar çap etmişik. Sosial səhifələrdə bu barədə onlarla yazı çap olunmuşdu. Lakin həmin yazılara nəinki əhəmiyyət verilməmiş, az qala bu həqiqətləri deyənlərin özünü günahkar çıxartmışdılar.
Lerik rayonundan redaksiyaya edilən zənglərin ardı-arası kəsilmir – Rayon Ağsaqqallar şurasının sədrindən tutmuş, sabiq və indiki direktorlaradək şikayətçilər Balaşirin müəllimin kobudluğundan, saxta işlərindən onlarla misallar sadalayır, belələrinin ciddi cəzalanmasını tələb edirlər ki, başqalarına da ibrət olsun.
Yəqin ki yazının davamı olacaq. Çünki Lerik təhsilindəki saxtakarlıqların ucu cinayətlə doğru gedir.
Toğrul