Bu gün, iyunun 18-də, əməkdaşlarımız iyunun 21-dən Masallıda da tətbiq olunacaq sərt karantin rejimi ilə bağlı rəy sorğusu keçirtdib.
Onların dedikləri:- Öncə Xətai parkındakı çayxanadan başladıq. 2-3 nəfərdən başqa əksəriyyət danışmaqdan qorxdu. Elə belədə asıb-kəsənlər, bu vəzifədən o vəzifəyə tullanmaq üçün min oyuna girənlər danışmamaq üçün nələr etmədilər? Dedi ki, ürəyiniz nə istəyir deyin, istəyirsiz höküməti tərifləyin, ya tənqid edin, lap bizdən deyin. Danışmadılar ki, danışmadılar. Yalvaran da oldu, hətta günorta boyun alan da ki, mikrafonu bizdən kənar edib. Hansılar ki, elə belədə deyirlər e “Allahdan başqa heç kimdən qorxmuram”.
Nə isə. Çətinliklə də olsa, “Köhnə bazarda” 5-10 nəfəri danışdıra bildik. Cənub-xəbər tv-nin həmin verilişinə sabah səhər saatlarından baxa bilərsiniz. (Adı. Masallı. “Karantin elə e, amma bu 14 gündə qazanacağım pul da ver ki, balalarıma çörək alım”
Ən maraqlısı o idi ki, bu gün səhər 10-dan başlayaraq Masalli icranın hakimiyyətinin heç bir rəsmisindən, eləcə də adı olub, özü bilinməyən buradakı operativ qərargahın üzvündən efirimizdə danışmaq üçün razılıq ala bilmədik. Adların yazmağa utanıram. Amma bizim baş idarədə nə qədər “dilsiz” var imiş. Bircə təzə fəxri ad almış Cəlil Nəzərovla əlaqə saxlaya bildik ki, o da dedi TƏBİB-dən icazəsiz heç nə danışa bilmərəm.
Masallının bəzi kəndlərindən isə koronavirusa kütləvi yoluxmalar barədə ürəkağrıdan xəbərlər gəlir.
Rəqənmləri isə açıqlayan yoxdur. Kimlərsə deyir ki, rəqəmlər açıqlansa, əhali vahiməyə düşər. Başqaları isə deyir ki, nə qədər ki, rəqəmlər açıq deyilməyəcək, elə də inamım olmayacaq.
Sonda isə daha bir maraqlı məlumat. Hər gün qarşısında onlarla insanın saatlarla ayaq üstdə növbə gözlədiyi KapitalBankın Masallı şöbəsi bu gün maraqlı bir addım atıb. Növbə gözləyənlər üçün çöldə stullar təşkil edib.
Deyirik, nə əcəb pandemiya başlayandan 100 gün sonra belə bir şey fikirləşə biliblər.
Turan. Cenub.az