Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşhur həkimdən təsirli müraciət: “Mən insanlara yalvararaq deyirəm ki...” - Video


“Deyil Azərbaycan səhiyyəsi, dünyanın ən qabaqcıl səhiyyələrinin insan resurslarında bəlli bir kapasitə, dayanma gücü var. Bu  dayanma gücünə zərər verə biləcək hadisələrə bu qədər zaman keçdikdən sonra, bu qədər ölkə hazırlıqlı olduqdan sonra reaksiya vermək düşünürəm ki, bizim vətəndaşlıq borcumuzdur,  gələcəyimizə qarşı olan məsuliyyətimizdir”.

Cenub.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, doktor Rəşad Mahmudov Operativ Qərargahın son brifinqində deyib. Koronavirusla bağlı həyəcan təbili çalan həkim media qarşısında təsirli çıxış edərək bildirib:
“Bizim dövlətimizin hər nümayəndəsi aylardır gecə gündüz istirahət etmədən bu mübarizədə öz fəaliyyətlərini ortaya qoyurlar. Ölkənin ən üst səviyyədə cənab prezidentin özünün sadəcə öz hüquq və konstitusiya qarşısında olan rolu ilə deyil, həm də bir vətəndaş kimi xalqına qarşı olan sevgisi ilə ortaya qoyduğu bir reallıq var. 
Bunları hər birimiz yaşayıb görürük. Mən ona görə fürsətdən istifadə  edərək ortalıqda dolaşan mənasız sözlərə, “COVID yoxdur, onu sadəcə yaradırlar, hansısa rəqəmal hadisənin dünyaya diqtə edilməsi” üçün atılan bir addım kimi dəyərləndirirlər. Bu addımlara qarşı yanaşanlara ictimai olaraq biz qınaq hərəkətlərimiz ortaya qoymağı sizdən xahiş edirəm. Çünki bu vəziyyət, bizim və heç bir dünya ölkəsinin altından çıxa bilməyəcəyi bir çətinliklə bizi qarşı-qarşıya qoya bilər və əmin olun ki, bu sadəcə iki həftəlik periodlarla qurtara bilməz. 
Əgər Azərbaycan vətəndaşı bizə diqtə edən vəziyyətə uyğun bir şəkildə həyat  şərti ilə yaşamağı uzun müddət içərisində öyrənə bilməsə, biz hər ay içərisində dövlətin yenidən öz funksionallığını, bütün sahələr üzrə aktivliyini bərpa etməsi ilə əlaqədar problemlər yaşaya bilərik. 
Bunları nəzərə alaraq biz həssas olmalıyıq. Ölkədə KİV-də  bəzən qarışıq, bir-birinə zidd olan fikirlər yayılır. Bu, insanlarda ciddi çaşqınlığa səbəb ola bilir. Mən şəxsən yenə bir həkim kimi uzun  illər bu ölkədə fəaliyyət göstərən bir insan kimi insanlara səslənirəm, yeri gəlirsə, həkim kimi yalvararaq deyirəm ki, bizlər bu hadisəylə bu şəkildə davrana bilmərik. Hadisənin ciddiyyətinə vararaq, bundan sonra da gələcəyə gedən, başlamış olan islahatlar xəttinə uyğun bir şəkildə bu problemlərin, dünyadakı problemin həll olunması ilə birlikdə gələcək işıqlı yollara inanaraq mətin addımlarla irəliləyəcəyik. Bunlar hamısı  dövlətin görmüş olduğu addımlar yanında, amma ən başda  vətəndaşların  hadisəyə qarşı verdiyi qalıcı münasibətlə bəlli olacaq”.
 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10