3 evi olan kənd
22 ildir elektrik işığına həsrət qalan bu kənd yəqin ki, yaxın vaxtlarda tarixin səhifəsindən silinəcək
Astara rayonun dağ ərazilərində yerləşən kəndlərinin boşalması ilə bağlı həyacanlı xəbərlər gəlməkdədir. Əhalinin dağ kəndlərindən köç etməsinin əsas səbəbləri kimi yolun və işığın olmaması göstərilir. Baxmayaraq ki,dağ ərazisi olan Burzibənd-Pəlikəş yolu asfalatlaşdırılıb. İkinici dağ yolu olan Hamuşam-Siyəkü yolunun asfaltlaşdırlması ilə bağlı isə hazırlıqlar gedir. Lakin elə kəndlər var ki,diqqətdən kənarda qalıb.Belə kəndlərdən biri də Sekaşon kəndidir.
Sekaşon kəndi nələrdən əzab çəkir?
Yolumuz bu kəndədir. Kəndə getmək üçün UAZ markalı minik maşını sifariş verməli olduq. Sürücü Afərin Əsgərovun deməsinə görə Sekaşon kəndinə gediş haqqı 10 manatdır. Yol kələ-kötür olsa da, sıldırımlı qaya yoxdur. Yolu qaydaya salmaq və genişləndirmək elə də çətin deyil. Sürücü Afərin Əsgərov yolun problemlərindən danışır: ”Bu yola mən illərlə gedib-gəlirəm. İndi belədir, qışda qalxmaq olmur, qarda 2 saat, 2 saat yarıma gedirəm. Əvvəllər bu yola baxırdılar. İndi tamamilə dağılıb. 3 kilometr yoldur. ”
Sürücünün dediyinə görə İranla sərhəddə yerləşən dağ kəndlərin hamısına o işləyir. Həmin kəndlərin də yolları bərbad vəziyyətdədir.
Yolda sahibsiz yaşayış evləri də gördük. Sekaşon kəndi dağlar arasında, vadidə, səfalı bir yerdə yerləşir. Yaxınlıqda çay da var. Kənd sakinlərinin dediyinə görə çayın suyundan suvarmada istifadə edirlər. Həyətyanı sahədə müxtəlif kənd təsərrüfatı məhsulları əkilib .Kənd sakinlərinin əsas məşğuliyyəti isə heyvandarlıqdır. Sakinlərin sözlərinə görə, çox nadir hallarda rayon bazarına üz tuturlar.Kənddə çox az ev qalıb. Sahibsizlikdən dağılmış, yararsız hala düşmüş evlər də var.
Ailələrin məskunlaşdıqları evlər isə köhnədir. Bizə bildirdilər ki,hazırda kənddə 3-5 ailə yaşayır.
22 ildir bu kənddə işıq yoxdur
Kəndin 81 yaşlı sakini Mirəhməd Əliyev vaxtı ilə bu kənddə 30-dən çox ailənin yaşadığını, məktəb,tibb məntəqəsinin fəaliyyət göstərdiyini deyir:”Bura Çapayev adına kolxoz olub. .Tərəvəz əkilərdi, mal-qara saxlanılardı. O dövrdə kəndə işıq də çəkdilər. Sonra dağıldı. 1995-96-cı ildə dedilər, bərpa edəcəyik, bu gün-sabah elə də qaldı.”
Kəndin digər sakini Əfqan Əliyev əhalinin kəndən köçməsini narahatçılıqla dilə gətirir:”Gördüyünüz bu yoldur, bərbad vəziyyətdədir. Yaşamaq çətindir,çox çətindir. İşıqdır, yerli-dibli yoxdur. Lampa ilə keçinirik. Transformatoru aparmışıq Səncərədi kəndinə təmir üçün, hələ qalıb. .22 ildir burada işıq yoxdur.”
O deyir ki, motor alıb. Gündə 2-3 saat işlədir. Ayda ona 120 manata başa gəlir. Dünyada və ölkədə baş verənlərdən xəbərsizdirlər.Kənd sakinləri seçkidən seçkiyə yada düşürlər.
Evlərdə elektirik xəttləri indiyə kimi qalıb. Bir çox yerlərdə elektirik dirəklərini də gördük. Elektirik naqilləri isə dağılıb. Evlərdə əsasən lampadan istifadə edirlər .Kənd sakinləri deyir ki,lampa üçün gerasin əldə eləmək də çətin bir işdir.
Kənddə çaqqallar ulaşır
Onlar deyir ki, qaranlıq çökən kimi evlərə çəkilirlər.Kənd ətarfında ac çaqqallar ulaşır.Sanki burda həyat donub.
Kənd sakni Nəsibə Şahmuradova deyir ki,dərd çoxdur:“Burda kolxoz olub, yaşayış olub, məktəb olub. İndi 7 uşaq saxlayıram, işıqsız qalmışam. İnanın ki, it bizdən yaxşı yaşayır. Bilmirik nə edək. Un kisəsini başımıza qoyub gətiririk. Nefti gətirirk. .İndiki gəlinlər tozsoranla işləyir, əl maşını var, peçka var. Bizdə heç nə yoxdur. Biz
avara qalmışıq. Oğlum mənə deyir ki, belə şəraitdə hansı qız gələr bura?”
Onun dediyinə görə uşaqlar məktəbə 3 kilometr uzaqda olan qonşu kəndə gedirlər. Yollar bərbad olduğundan,işıq olmadığına görə uşaqlar da dərsdən qalırlar. Qışda ümumiyyətlə dərsə getmirlər. Gediş-gəliş kəsilir. Kənddə xəstələnən adam Allahın ümidinə qalır.
Ərazi nümayəndəsi vəd verir
Sekaşon Şüvi kənd ərazi vahidinə daxildir. Şüvi kənd icra nümayəndəsi Əbülfət Qüdrətov elekitirik enerjisi ilə bağlı müvafiq orqanlara müraciət etdiyini bildirir:”Sekaşon kəndində 3 ailə yaşayır. Orda yaşayış olub. Evlərdə elktirik xətləri qalıb. Vəznəş kəndin məscidin yanından ora elektirik xətti gedib. Transformator xarab olub, aparıblar təmirə. Rayon rəhbərliyi deyir ki,orda bir ailə də yaşayırsa elektirik xətti çəkilməlidir. Qaldı ki, yol məsələsinə, orda yollara çınqıl töküblər .Biz bu məsələni diqqətdə saxlayırıq.”
Dağlar arasında köməksiz qalan Sekaşon kəndinə qaranlıq çökməkdədir. Hamı evlərinə çəkilib. Evlərdə yalnız lampalar yanır. Sürücü tələsməyi məsləhət görür. Kənd sakinləri deyir ki,yol və işıq bərpa olunmasa gələn