Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Valideyn “Dünya” məktəbi ilə bağlı müraciət etdi- Mətn


Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən “Dünya” məktəbinin şagirdlərindən birinin valideyni Ruhəngiz Göyüşova digər valideynlərə müraciətlə məktub göndərib.

Məktubun mətni belədir: “Hörmətli valideynlər! Bir qrup valideyn tərəfindən sosial şəbəkələrdə yayılmış və hökumət nümayəndələrinə ünvanlanmış məktubla bağlı hiddətimi və narazılığımı bildirmək istəyirəm. Güzəşt məsələsinin müzakirəsinin əvvəlində demişdim ki, bunu ictimaiyyətin müzakirəsinə çıxarmaq düzgün deyil. Lakin bir qrup valideyn sona qədər getmək qərarı aldı. Siz nəyə nail olmağa çalışırsınız? 500 manat güzəşt üçün münasibətləri korlamağa dəyərmi? Ən önəmlisi, övladlarınız sizin bu davranışınızdan məmnundurlarmı? Onlar balaca deyillər və hər şeyi çox gözəl görürlər. Siz məktəbin və övladlarınızın təhsili üçün səylə çalışan müəllimlərin yüzlərlə manat dəyərində olan əməyini qiymətləndirmədiniz. Bizim məktəb minimal ödəniş müqabilində maksimal nəticə verir. Bakıda bu məbləğə, bu keyfiyyətdə İB təhsili verən məktəb tapa bilərsinizmi? Özəl məktəbin öz qaydalarına uyğun işləmək hüququ var və narazı valideynlər övladlarını məktəbdən çıxara bilərlər. Məktəblə heç bir əlaqəm yoxdur, mən də sizin kimi valideynəm. Ancaq bəzi valideynlərdən fərqli olaraq müsbət tərəfləri görə bilirəm. Mən məktəbi dəstəkləyən valideynlərdən xahiş edirəm ki, öz razılıqlarını mənə poçtla ([email protected]) ünvanlasınlar və biz məktəbimizin bütün üstünlüklərini, eyni zamanda, keyfiyyətini göstərən bir məktub yazaraq, müəllimlərimizə və məktəb rəhbərliyinə dəstək olaq”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10