Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Viktor Hüqodan sizi heyran edəcək 21 aforizm...











Qadını gözəl yaradan Tanrı, sevimli edən isə şeytandır.

Səni o qədər xəyal elədim ki, xəyala çevrildin.

Mənə yağışdan danışma, yağ...

Eşq ikinin bir olmağıdır.

Qadınlar bir çox şeyi bağışlayarlar, ancaq bağışladıqları şeyləri heç vaxt unutmazlar.

Böyük insanlar nadirən tənhalıqda üzə çıxır.

Eşq nədir? Küçədə çox kasıb bir gənclə tanış olmuşdum. Eşqə düşmüş gənclə. Papağı köhnəlmiş, paltosu cırılmış, ayaqqabısı yırtılmışdı. Ayaqqabısı su keçirirdi, könlü ulduzlu idi.

Gülmək üçün xoşbəxtliyi gözləməyin, bəlkə də gülə bilmədən ölərsiniz.

Hamı ölür, amma hamı yaşaya bilmir.

Biz qışqıraraq dünyaya gəlirik, inilti ilə ölürük. Yaşamaq üçün geriyə gülmək qalır.

Öyrəndikdən və sevdikdən sonra daha çox əzab çəkəcəksiniz.

Yaxşı qadınla yaxşı kişi birlikdə yaşaya bilmirlər. Çünki qadınlar pis kişilərə aşiq olub yaxşılarla dərdləşərlər.

Həyatdakı ən böyük xoşbəxtlik olduğun kimi sevilməkdir.

Öldükdən sonra yaşamaq istəyirsinizsə ya oxumağa dəyəcək şeylər yazın, ya da yazılmaya dəyər şeylər yaşayın.

Bir məktəb açın, bir həbsxananı azaltmış olarsınız.

İnsan sevgini izah edə bilirsə, deməli o heç kimi sevməyib.

Ölüm heç nədir, yaşamaq qorxuncdur.

Gülüş günəşdir, o insan üzündəki qarı əridir.

Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın canavardır, üç sevgilisi olan qadın isə həqiqi qadındır.

Sabahlar həmişə gözəl olacaq deyirlər. Axı bu gün dünənin sabahları deyilmi?

Heç kim itirdiklərini unuda biləcək qədər güclü deyil.
Kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10