Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı və Cəlliabadda da sərt karantin rejimi tətbiq olunacaq . Bu dəfə də dediyimiz təsdiqini tapdı. Rəsmi


2 gün öncə cenub.az xəbər vermişdi ki, Masallı və digər cənub rayonlarında da sərt karantin rejiminin olacağı gözlənilir. Deyilənlər təsdiqini tapdı.

Masallı və Cəlilabad rayonları da sərt karantin rejimi tətbiq edilən rayonlar sırasına daxil edildi. İlkin məlimata görə, artıq zonanın ən kütləvi qonaq qəbul edən İstu-su sanatoriyası bağlanıb.
 
Ciddi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin siyahısı barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.
 
Məhdudiyyətlər aşağıdakılardır:
 
SMS xəbərdarlıq və xüsusi icazə ilə evdən çıxmanın tətbiq ediləcək,
 
dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər qruplara bölünərək müxtəlif vaxtlarda işə başlayacaq (işçi heyətin 3 qrupa bölünməsi),
 
ticarət mərkəzlərinin fəaliyyəti dayandırılacaq,
 
ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq,
 
bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkanlarda xidmətlər dayandırılacaq,
 
muzey və sərgi zallarınnın fəaliyyəti dayandırlacaq,
 
malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə almaqla məhdudiyyətlərin tətbiqi, eləcə də açıq havada idman oyunları olmayacaq.
 
Ciddi karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək dövrü əhatə edəcək.
 
Sərt karantin rejimi Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda tətbiq ediləcək. Həmin ərazilərdə evdən çıxmaq SMS icazə ilə mümkün olacaq.
cenub az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10