Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda qadın deputata şok ittiham: “Sosial şəbəkədəki bu paylaşımı...”


İran parlamentinin deputatı Pərvanə Səlahşuri barəsində açılmış cinayət işi üzrə istintaq başa çatıb.

İş baxılması üçün ölkənin Mədəniyyət və Media üzrə Ədliyyə orqanına təqdim edilib.

“Fars” agentliyinin məlumatına görə, xanım deputat “ictimai rəydə çaşqınlıq yaratmaq üçün yalan məlumatlar yaymaq” və “siyasi sistem əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Pərvanə Sələhşuri fevralın 1-də ədliyyə orqanına çağırılmış, dindirilmədən sonra sərbəst buraxılmışdı.

O, ötən gün verdiyi açıqlamada özünə qarşı irəli sürülən ittihamları “xalqın həqiqi millət vəkili olmağın nəticəsi” kimi dəyərləndirib.

Bir çox media qurumları deputata qarşı açılmış cinayət işini onun sosial şəbəkədə tənqidi paylaşımları və müsahibələri ilə əlaqələndirib.

Dəfələrlə İran rejimini tənqid edən Pərvanə Sələhşuri son çıxışlarından birində, islam republikasının siyasi idarəetmə formasını kəskin tənqid edərək, onu “yağı tiranlıq” adlandırmışdı.

O, ötən ilin noyabr ayında keçirilmiş xalq etirazlarının amansızlıqla yatırılması və xalqın gülləbaran edilməsi səbəbindən isə SEPAH-ın komandanlarından biri Məhəmmədəli Səid Cəfərini sərt tənqid etmişdi.
teref.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10