Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qərbdən Putinə göz dağı:Avropa liderləri Qələbə Paradında iştirakdan imtina etdi..



Saymamazlıq, yoxsa siyasi qısqanclıq?


Rusiyada 24 iyun tarixində keçiriləcək Qələbə Paradında Qərb liderləri iştirak etməyəcək.


Moderator.azxəbər verir ki, bundan öncə Fransa, ABŞ və Yaponiya kimi dövlətlərin yüksək rəsmilərinin paradda iştirakı gözlənilsə də, bu günlərdə onların heç birinin 24 iyun tədbirində iştirak etməyəcəyi bəlli olub. Qərb liderlərinin bəzisi bunu koronavirus təhlükəsi, bəziləri isə “diplomatik incikliklərlə” əlaqələndirib. Həmçinin, məlum olub ki, Avropanı digər böyük dövlətləri də paradda iştirak etməyəcək.


Qərbin faşizm üzərində qələbənin 75-ci ildönümündə Rusiyanı ziyarətdən imtina etməsi Kremlin ciddi narazılığına səbəb olub. Məlumata görə, Moskva bu boşluğun yerini qismən də olsa doldurmaq üçün bəzi Avropa dövlətləri ilə danışıqlar aprmaqdadır. Serbiya və Xorvatiya rəhbərliyinin paradda iştirakı gözlənilir. 12 MDB dövlətinin də paradda iştirak edəcəyi bildirilir. Bununla belə Moskva Qələbə Paradında iştirak etməkdə maraqlı olan istənilən dövlətin tədbirdə iştirakından məmnunluq duyacağını bildirib və bunu hər kəsə açıq tədbir kimi dəyərləndirib.


Qərb liderlərinin paradda iştirak etməməsi isə bəzi mütəxəssislər tərəfindən sadəcə saymamazlıq, bəziləri tərəfindən isə siyasi qısqanclıq kimi dəyərləndirilib. Rusiyanın bəzi ekspertlər hesab edir ki, Qərb siyasi liderlərinin paradda iştirak etməməsi onların Rusiyanın tarixi və hazırkı uğurlarını həzm edə bilməməsi ilə bağlıdır və bu mənada “tamamilə başadüşüləndir”.


Seymur ƏLİYEV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10