Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanlı tələbə Rusiyada amansızlıqla qətlə yetirilib


Qatil Timura 20-yə qədər bıçaq zərbəsi endirib
 
Rusiyanın Volqoqrad şəhərində 12 iyun “Rusiya Günü” münasibətilə keçirilən tədbir zaman azərbaycanlı tələbə qətlə yetirilib. Cenub.az-ın Modern.az-a istinadən xəbərinə görə, öldürülən gənc 17 yaşlı Timur Qavrilovdur.
 
Gecə tədbirdən sonları dostları ilə universitet yataqxanasına qayıdan gəncə naməlum şəxs 20-yə qədər bıçaq zərbəsi endirib.
 
“Timur tamamilə ev uşağı idi, heç kəslə konflikti yox idi. Volqoqradda oxumaq üçün o, Bakıda ciddi müsabiqədən keçmişdi” - deyə mərhumun yaxını Aleksey Neboqatov deyib. Onun fikrincə, Timurun qafqazlı görünüşü hücum üçün səbəb ola bilərdi.
 
Timir Qavrilovu anasının təkbaşına böyütdüyü və koronavirus pandemiyasına görə, övladının cəsədini Volqoqraddan götürə bilmədiyi xəbər verilir.
 
Qətllə bağlı slavyan görünüşlü 175-180 sm hündürlüyündə şübhəli şəxs axtarılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10