Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Canın yansın az, nə bomba şeysən...


Azərbycan gəncliyini uçuruma sürükləyən bayağı mahnılar silsiləsindən...


Son zamanlar ölkəni bürüyən bayağı mahnılar demək olar ki, qulaq batırır. Etiraf edək ki, bu gün gənclərin elə tüfeyli həyat sürmələrinə bu mahnılar çox böyük təsir göstərir.Gənc yazar Vasif Əlhüseyn bu cür yöndəmsiz şeir qoşmalarına bəstələnmiş bayağı mahnılar haqda bir araşdırma aparıb...

                         

Elşən Aşiq adlı müəllifin, “Nişanlına Salam de” mahnısında sözlərə baxın:


Eşitmişəm nişanlanmısan daha, 

Salam de məndən də öz nişanlına

Hər ikinizi tapşırıram Allaha.


Müəllifin mahnısına qulaq asandan sonra məlum olur ki, qız onun dostu ilə ailə qurub. Müəllifə sual vermək lazımdı ki, görəsən ailə quran hansı qız öz nişanlısına əvvəl onu istəyən oğlanın “salam”ını deyər? Elə bu “salam”ı deyib və deməyəcəyinə şübhə edən müəllif, hər ikisini, həm sevdiyi qızı, həm də onun nişanlısı olan dostunu Allaha tapşırır. Bu da mahnının sonu. 


İnternetdə axtarış verdikcə daha nalayiq sözlərlə ifadə olunmuş mahnılar üzə çıxır. 


Saka Dərya və Şaiq Səda adlı müəlliflərin “Nə bomba şeysən” adlı duet mahnılarına nə ailə yanında qulaq asmalıdı, nə də ictimai yerlərdə. Mahnının sözlərinin bir bəndinə nəzər salaq:


Bu vidnən sənə qiymət afərindi,

Görən deyir bu qız necə də şirindi.

Sən canın bu dəri sənin öz dərindi?

Ya sürtmüsən maz, nə bomba şeysən.


Canın yansın az, nə bomba şeysən

Mənə eləmə naz, nə bomba şeysən...


Bu mahnı mətninin  dinləyicisində hansı fikirləri yaradacağına indi özünüz qiymət verin. Axı, yazılan mahnı da, şeir də, hekayə də dinləyicisində tərbiyəvi təbliğat aparmalıdır. Axı, bizim bomba şey ”“ dediyimiz xanım da kiminsə anası, bacısıdı... 


Bir çox gənclərin sevimlisinə çevrilən Üzeyir Mehdiazdənin “Çək siqaretdən” mahnısında da xanımından ayrılmış gəncə qaranlıq bir otaqda siqaret çəkərək bu depresiyadan çıxmağın yolu göstərilir. Mahnıdakı mətindən bir bəndinə nəzər salaq:


Elə olur ki, bayıra da çıxmaq istəmirəm inan ki,

Əl ”“ qolumu yollarımı o, qız bağladı sanki.

Öz otağım dərdimdi hələ də özümə gəlmirəm,

O yana gedib, bu yana gedib nə edəcəyimi bilmirəm.


Çək siqaretdən qaranlıq bir otaqda

Bir də düşəndə yandır. 


Siyahını getdikcə daha çox uzatmaq olar. Amma əsas odur ki, yazdığımız yazıyla bağlı müvafiq qurumlar həyəcan təbili çalsın. Uzaqdan bu çoxlarına adi görünsə də, əslində belə deyil. Unutmaq olmaz ki, bu mahnılar Azərbaycan gəncliyini uçuruma sürükləyir. Adı çəkilən bayağı mahnılar arasında gəncləri müxtəlif narkotik maddələrə sürükləyən mahnı mətnləri də var. 


Bu yaxınlarda mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M.F.Axundov adına kitabxanada jurnalistlərlə görüş keçirdi. Məsələ isə bundan ibarət idi ki, kitab yazan müəlliflər kitablarının dörd nüsxəsini və eyni zamanda qəzet çıxaran redaktorlar da qəzetin hər sayından kitabxanaya təqdim edərək kitabxanada arxivin yaradılmasına köməklik göstərməlidirlər. Nazirliyin bu addımını təbii ki, müsbət qiymətləndirmək olar. 


Yaxşı olardı ki, nazirlik bu gün ölkəni bürüyən belə biədəb mahnı mətnləri ilə qulaq batıran müılliflər barədə də müəyyən addımlar atsın. Düzdür ki, demokratik ölkədə yaşayırıq. Amma, bu o demək deyil ki, kim nə istəyirsə onu dərc və ya səs yazısını yazdırıb cəmiyyətə təqdim etsin. Özü də ki, yazdığın mahnı mətni nalayiq sözlərlə ifadə olunubsa... 


Vasif Əlhüseyn






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10