Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tələbə yoldaşı olan ölkənin 1-ci şəxsindən qəribə xahiş edən masallılı


“Elə bildim ki, hansı rayonasa rəhbər getmək xahişi edəcəksən”


110 il öncə Masallı  rayonunun Çaxırlı kəndində dünyaya gəlmiş,  55 il öncə dünyasını dəyişmiş Yadulla Fətullayev hədsiz adlı-sanlı bir insan olmasa da, lap adidən də adi biri olmayıb – kifayət qədər tanınmış kənd təsərrüfatı mütəxəssisi, dəyərli ziyalı kimi tanınıb. 

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu əla qiymətlərlə başa vurub, daha sonra həmin ali məktəbin aspiranturasını və Moskvadakı Ali Partiya məktəbini (qiyabi) bitirib. Masallının Şərəfə və Çaxırlı kəndlərində aqronom, Yardımlıda Torpaq şöbəsinin müdiri işləyib. Olduqca saf, təmənnasız, işini ürəkdən bilən və sevən, şöhrətdən, fürsətçilkdən uzaq, sözü üzə deyən, xeyirxah bir adam kimi tanınıb. Zəngin şəxsi kitabxanası olub.

Bakıdan olan xanım ilə evlənib. 3 oğul, 4 qız atası idi. Övladlarının bir neçəsi  kifayət qədər tanınan şəxslər olub.

Böyük oğlu Fətulla Uzaq Səfərlər Kapitanı, daha sonralar Dənizçilik Akademiyasında şöbə müdiri vəzifəsində çalışıb, çox cavan, 54 yaşında dünyasın dəyişib. 

Digər oğlu Akif Köhnə Bazarın yanındakı “Göyərçin” kafesinin müdiri olub. 

Qızı Asudə xanım Masallı Rayon Komsomol Komitəsinin məktəblər üzrə katibi işləyib. 

Digər qızı, Firəngiz xanım isə hazırda Masallı Maliyyə şöbəsində rəis müavinidir.

 Yadulla Fətullayev yaddaşlarda həm də onunla qalıb ki, tələbə yoldaşlarından biri - İman Mustafayev ölkənin 1-ci şəxsi – Azərbaycan KP MK-ının 1-ci katibi postuna yüksəlib.

Yadulla Fətullayevin İman Mustafayevlə bağlı 2 xatirəsi yaddaşlarda qalıb.

1-ci xatirə 

 Azərbaycan KP MK-nin birinci katibi İ.Mustafayev Masallı rayonuna gələn vaxtı, deyib ki,  burada Yadulla Fətullayev adlı tələbə yoldaşım var,  çağırın onunla görüşüm.

Bu xəbəri Yadullaya deyəndə, o halını pozmadan  " iş başındayam, əlimdə vacib işim var, qurtarıb gələrəm." Elə də edib. Onun əməksevərliyini, sadəliyini, əyilməzliyini yaxşı duyan İ.Mustafayev işini qurtarıb gəldikdən sonra onunla çox səmimi görüşüb, söhbətləşib
 
2-ci xatirə

  Bir dəfə də Yadulla Fətullayev yazdığı elmi işinin əlyazmasını götürüb, gedir Mərkəzi Komitəyə. O vaxtlar qəbula düşmək elə də sərt deyilmiş. Qəbul otağında deyir ki, 1-ci katibin qəbuluna gəlmişəm,  onunla görüşməliyəm.  Onun təklifini İmam Mustafayevə çatdırırlar. O da deyir ki, gözləsin nahar fasiləsi vaxtında görüşərik. 

Görüş zamanı hal-əhvaldan sonra İ.Mustafayev deyir: - Fətullayev mənə dair nə qulluğun?

 Fətullayev deyir ki,  elmi işimin 

əlyazmasıdır. Gətirdim ki, həm baxasan, həm də bu yazıların makinada çap olunmasına köməklik edəsən. 1-ci katib deyir ki, ay qardaş,  mən elə bildim rayonların birinə birinci katib getmək istəyirsən, fikirləşdim ki, görəsən, hansı rayonu istəyəcək... "
Yazı Ziyafət Məmmədovun Facebook səhifəsində paylaşdığı yazı əsasında hazırlanıb.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10