TƏBİB-in dünən Teymur Mustafayevin ölümü ilə bağlı rəsmi açıqlaması oldu. Rəsmi açıqlamamızda da bildirdik ki, Teymur Ağaxan oğıu Mustafayevin koronavirus testi pozitiv olub. Onun ailəsinin, nəvəsinin nə deməsindən asılı olmayaraq, o, koronavirusdan dünyasını dəyişib.
Bu barədə Teymur Mustafayevin koronavirusdan dünyasını dəyişmədiyi haqda xalq artıstinin ailəsinin yayadığı məlumata cavab olaraq TƏBİB-dən bildirilib.
Dünən dünyasını dəyişən xalq artisti T.Mustafayevin nəvəsinin babasının ölümünə şəkərli diabetin səbəb olması ilə bağlı dediklərini TƏBİB inkar edib:
“Teymur Mustafayev “Yeni klinika” tibb mərkəzində koronavirusdan müalicə alıb. Onun yanaşı xəstəliklərinin olduğunu da qeyd etmişdik. Ürək və ağciyər çatışmazlığı var idi, şəkərli diabet ikinci tip xəstəsi idi. Dəfələrlə də qeyd etmişik ki, yanaşı xəstəlikləri olanların koronavirusdan ölüm riski yüksəkdir. T.Mustafayevin də yanaşı xəstəliklərinin olduğunu qeyd etmişik. TƏBİB T.Mustafayevin ailəsinin, müğənnilərin onunla bağlı dediklərinə şərh verməyəcək. TƏBİB-in rəsmi mövqeyi bəllidir. Onun ailəsinin karantinə alınması və ya ailə üzvlərinin də test olunmasına gəlincə isə normalda prosedur budur ki, kiminsə nəticələri pozitiv çıxıdıqdan sonra epidemioloqlar tərəfindən təmaslılar müəyyənləşdirilir və onlardan test götürülür. Ancaq onlardan test götürülüb-götürülməməsi ayrı araşdırma mövzusudur”.
Qeyd edək ki, dəfndə iştirak edən Y.Mustafayev mediaya açıqlamasında mərhum xalq artistinin 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) dünyasını dəyişdiyini, dəfnə də o xəstəxanadan aparıldığını, ailəsindən isə koronavirus testi götürülmədiyini bildirib.