Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının oğlu dünya çempionu oldu


İcra başçısının oğlu dünya çempionu oldu
Onun növbəti hədəfi Avropa çempionatıdır
Bu yaxınlarda Portuqaliyanın paytaxtı Lissabonda kunqfu-sanda üzrə dünya çempionatı keçirilib.
Yarışda Azərbaycanı +90 kq çəkidə təmsil edən “Dinamo” cəmiyyətinin üzvü Şəhriyar Hüseynzadə bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olub. Bundan bir neçə ay öncə isəŞəhriyar Hüseynzadə İtaliyanın Karara şəhərində keçirilən yarışmada 2-ci yeri tutmuşdu.
Şəhriyar Hüseynzadənin bildirdiyinə görə, onun ən çətin görüşü yarımfinalda İspaniya təmsilçisinə qarşı olub. "İkinci raundun sonuna 12 saniyə qalmışdı. Uduzurdu. Məğlubiyyətlə barışa bilməyən idmançı, əsəblərini cilovlaya bilmədi. Ciddi mübahisə yarandı. Hətta baş məşqçisi tatamiyə çıxaraq mənim üzərimə şığıdı. Uduzmağı həzm edə bilmirdilər.Ancaq sonda qalib olduğum təsdiqləndi.Ancaq həmin idmançı heç mükafatçılar sırasına da düşmədi".
“Finalda livanlı idmançı ilə üzləşdim. Çox təcrübəli idmançı idi. Hər iki raundda tam üstünlüklə qalib gəldim. Hazırda o, Avropa çempionatına hazırlaşır.
Xatırladaq ki, Şəhriyar Hüseynov Masallı rayonunun icra başçısı Rafil Hüseynovun oğludur və Neftçala Rayon Polis Şöbəsinin Cinayət Axtarış şöbəsində çalışır.
Əbdül





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10