Bir neçə gün öncə az qala ölkənin bütün aparıcı saytları Əhəd Abıyevin və yaxınlarının təkcə Masallı rayonunda 40-a yaxın əmlakı olduğu barədə məlumat yaymışdı. 15 ilin deputat, son 9 ildə isə icra başçısı olan Əhəd Abıyev bunları şər-böhtan adlandırsa da, konkret dəlilli, sübutlu fakt söyləyə bilmədi.
Bundan 2 gün sonra meydan.tv-nin rəhbəri Həbib Müntəzir FB səhifəsində və Azpolikainfo.az saytı isə Əhəd Abıyevin Masallıdan kənar, Bakda və digər rayonlardakı mənzilləri, villaları və digər obyektləri, eləcə də yüksək vəzifədə olan qohumları barədə məlumat yaydı. ( Bu linkə bax- https://cenub.az/6877-daha-bir-icra-basnn-hd-abyevin-alasmaz-srvti-ortaya-xd-ok-syah.html) Bundan əlavə bir neçə il əvvəl yayılmış məlumatlarda Əhəd Abyevin Daşkəsəndəki mədənləri şərikli işlətməsi barədə məlumatlar dolaşırdı.
İndi isə Əhəd Abıyevin Bakıdakı mülkləri və qohumları barədə həmin məlumatları sizə təqdim etdiyi siyahını diqqətinizə çatdırırıq.
Mənzilləri:
▪2. Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
▪3. Nərimanov rayonu M. Qaşqay, ev 102 ünvanında mənzil,
▪4. Nərimanov rayonu, M. Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
▪5. Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası
▪6. Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
▪7. Badamdarda 3 ədəd villası,
▪8. Qaradağ rayonu, Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi,
▪9. Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otellər.
Qohumluqlar:
Qardaşı Zəfər Abıyev DİN Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavinidir.
Qardaşı oğlu Nəriman İbrahim oğlu Abıyev Bakı İnzibati Məhkəməsinin hakimidir.
Qardaşı Qadir Abıyev Astara Gömrük Məntəqəsinin əməkdaşıdır.
Qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Qardaşı oğlu Heydər Abıyev DTX-nın Quba rayon şöbəsinin rəisi olub. O həm də sabiq nəqliyat naziri Ziya Məmmədovun bacısının kürəkənidir.
Qardaşı oğlu Abıyev Kamal İsrafil oğlu Dövlət Yol Polisində məsul vəzifədə çalışır
Digər bir qardaşı Səməd Abıyev Masallı rayon Masallı Telekommunikasyia Qovşağının rəisidir.
Bir qohumu da, Abıyev Sədulla Vəli oğlu 64 №-li Mənzil Kommunal İstismar Sahəsinin (JEK) rəisi
Meydan.tv-nin rəhbəri Həbib Müntəzirin FB səhifəsindən