Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnsanların milyonlarını mənimsəyən gənc alimimizə cinayət işi açılır - Açıqlama


Yaxınlarına, tanışlarına milyonlarla ziyan vuran Azərbaycanın ən perspektivli gənc alimlərindən olan Sənan Eminov barədə polis araşdırması başlanıb, cinayət işinin açılacağı gözlənilir.

Azərbaycanın məşhur gənc alimi ölkədən qaçdı – 4 MİLYONLUQ DƏLƏDUZLUQ

Bu barədə “BakuPosta” zərərçəkənlərdən biri olan Zahid Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, S. Eminov tərəfindən dələduzluğa məruz qalması ilə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət edib. Polisə dəvət edilən zərəçəkənlərin rəsmi müraciət etməsi və bundan sonra cinayət işi açılaraq, beynəlxalq axtarışa başlanıla biləcəyi deyilib.


256 min manatının mənimsənildiyini bildirən Z.Mirzəyevin sözlərinə görə, dostluq əlaqələrinin olduğu S. Eminov tanışlarını SOCAR-la bərabər işlədiyini, neftə qatılan kimyəvi maddə alış-verişi etdiyini bildirib: “Bu adla da ətrafındakılardan xeyli miqdarda pul alıb.

Biz pulu ona depozit kimi vermişdik. Bu pulun müqabilində hər ay depozit kimi ödəniş alacağımız, pulları isə istədiyimiz zaman götürə biləcəyimiz deyilmişdi. Bizim şərtimiz belə olmuşdu ki, 5-6 ay sonra mən pulumu geri götürəcəyəm. Pulu keçən ilin fevral ayında verdim. O, 2013-cü ildən bu işlə məşğuldur. Bir necə ay çalışdıqdan sonra, daha dəqiq apreldən isə problem yarandı, pul verilmədi.

Açığı, biz onun bu qədər adama ziyan vurduğunu bilmirdik. Şikayətlərdən sonra xəbərimiz oldu. Biz onların arasında ən az ziyan dəyən ailəyik”.

Zərərçəkən fakt mətbuatda yayıldıqdan sonra adıçəkilən şəxsin qayınatasının təzyiqlərinə məruz qaldığını deyir: “O, pulların qaytarılacağını, bildirsə də, bu məsələnin ictimailəşməsinin qarşısını almağa çalışır. Bunun üçün bizə hədə-qorxu gəlir. Bunun özünün adına ziyan olduğunu deyib”.

Hazırda ABŞ-da yaşayan gənc barədə atasına da şikayət edilib. Lakin o da “pulu verəndə mənimlə məsləhət etmişdiniz?” deməklə öz yaxasını kənara çəkir.


İdarənin müstəntiqi Elnur Vəliyevin “BakuPost”a veridiyi məlumata görə, faktla bağlı araşdıma aparılır: “Lakin istintaq sirri olduğu üçün əlavə məlumat verilə bilməz”.

Əldə etdiyimiz məlumata görə, gənc alimin külli miqdarda pul “atdığı” şəxslərin hüquq-mühafizə orqanlarına şikayətlərindən sonra S. Eminovun yaxınları aidiyyəti qurumlar tərəfindən dindirilib. “Bildiyim qədəri ilə şikayətə görə məsələ ilə bağlı atası, qayınatasını dindiriblər. Amma orada nə barədə danışıldığını bilmirik”, deyə şikayətçi qeyd edib.

Bu faktı S.Eminovun atası Zabir Eminov “BakuPost” a təsdiqləsə də, orada nə barədə danışıq aparıldığını deməkdən boyun qaçırıb. “Sadəcə müəyyən dayanma olub. Bu işi araşdırmaq hüquq mühafizə orqanlarının işidir, sizin yox”.

Xatırladaq ki, adıçəkilən şəxsin əməlləri, insanlara külli miqdarda ziyan vurması ilə bağlı Birinci vitse-Prezident Mehriban Əliyevaya və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət olunub.

S.Eminov 2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistratura, daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, həmin mərkəzə rəhbər təyin olunub.

Bir neçə ildi Mayamidə yaşayan Sənan Eminov öz ərizəsilə işdən uzaqlaşdırılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10