Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ukraynanın ən varlı azərbaycanlısı - O niyə diaspordan uzaq gəzir?


Bir neçə gün əvvəl “Forbes” jurnalının Ukrayna versiyası ölkənin 100 ən varlı iş adamının siyahısını dərc etdi. Diqqət çəkən məqam, həmin siyahıda Azərbaycan əsilli iş adamı Vaqif Əliyevin də yer alması oldu. Belə ki, jurnala görə, Azərbaycanlı iş adamının sərvəti yarım milyard dollardan çoxdur və o, bu göstərici ilə Ukraynanın ən zəngin 20 iş adamından biridir.
 
Dünyadakı Azərbaycan diasporunun ən varlı simalarından olsa da, Vaqif Əliyevin tarixi vətəni ilə bağlı tədbirlərdə, layihələrdə adı hallanmır. Bu günə qədər cəmi 3 müsahibə verən Azərbaycan mənşəli iş adamı qapalı həyat tərzi sürməsi ilə də tanınır.
Vaqif Əhməd oğlu Əliyev 1968-ci ildə Türkmənistanda anadan olub. 1982-ci ildə o, ailəsi ilə birlikdə Rusiyanın Kislovodsk şəhərinə köçüb. İş adamının təhsil alması barədə məlumat olmasa da, 1986-cı ildə Sovet ordusu sıralarında hərbi xidmətə çağırıldığı məlumdur.
O hələ uşaq yaşlarında biznes intuisiyasını nümayiş etdirib. Yeniyetməlik yaşlarında Kislovodsk şəhərində çatışmazlıöı yaşayan avtomobilin ehtiyat hissələrini Tolyatti şəhərindən daşınmasını təşkil edib.
“Tolyattidən 55 rubla aldığımız təkəri Kislovodskda 70-80 rubla satırdıq. İnsanlar qısa müddətdə hər şeyi alırdılar”-deyə Vaqif Əliyev sonralar mətbuata azsaylı müsahibələrində xatırlayırdı. Artıq 18 yaşında hərbi xidmətə yollanan zaman onun öz şəxsi evi bə bizensi var idi.

Hərbi xidmətdən qayıtdıqdan sonra isə Vaqif Əliyev Moskvadan Kislovodska parfümer məhsulları satmaqla məşğul olur. Moskvada ukraynalı iş adamı İqor Bakayla tanış olur. Azərbaycanlı gəncin işgüzarlığını və biznes duyumunu qiymətləndirən Bakat onu Ukrayna dəvət edir və təbii qaz satışı ilə məşğul olan şirkətində işə düzəldir. Burada o gələcək biznes şəriki İqor Nikonovla da tanış olur. Vaqif Əliyev biznesdə ilk addmılarını atdığı həmi illəri belə xatırlayır.
“Nikonovla mən 1993-cü ildə, Bakayla isə bundan 10 illər tanış olmuşdum. Biz hamımız bigə qaz biznesindəı çalışırdıq, Ukraynaya barter sxemləri ilə qaz tədarükü təşkil edirdik. Mən 1993-cü ildə Türkmənistana hökumətlərarası razılıq əsasında, 1 milyon vüt qalış satmışdım və əvəzində təbii qaz almışdım. Jəmin vaxt qalış Türkmənista üçün qiymətli mal idi. Qaz qarşılığında biz hər şey: kompüter, şifer, qara bibər, qəhvə və s. satırdıq”.
 
1990-cı illərin sonlarından Vaqif Əliyev developer kimi fəaliyyət göstərməyə başladı. İri ticarət və ofis binaları tikərək onları icarəyə verməyə başlayan iş adamı 2003-cü ildə Kiyevin Bessarabiya küçəsində “Mandarin Plaza” ticarət mərkəzini və “Dominant” bizesn mərkəzini inşa etdi.
 
Hazırda o, “Mandarin Plaza” ticarət mərkəzinin 75%-nə sahibdir. Həmçinin, “Senator” və “Parus” biznes mərkəzləri, 2016-cı ildə açılmış Lavina Mall ticarət mərkəzinin sahibidir. Bundan başqa, hazırda “Ocean Mall”un tikintisi də davam etdirilir.
Vaqif Əliyev çox ambisiyalı biznes planlarının olduğunu açıqlayıb. O Kiyevin hər rayonunda 1 ticarət mərkəxi inaş edərək, onların sayını 2020-ci ilin sonuna qədər 10-a çatdırmağı düşünür.
“Mən 25 il idi ki, buna hazırlaşırdım. Son 10 ildə Kiyevdə bütün əlverişli yerlərdə olan torpaq sahələrini alırdım. İndi strategiyamı həyata keçirə biləcəm”.
Yarım milyard sərbəti ilə Ukraynadakı böyük Azərbaycan diasporunun ən zəngin nümayəndəsinə çevrilsə də, Vaqif Əliyev diasporun təşkil etdiyi tədbirlərə qatılması, Azərbaycanın dövlət bayramı günlərində iştirak etməsi ilə bağlı məlumatlar yoxdur. Onun Azərbaycan diasporundan uzaq gəzməsi ilə bağlı fərqli fikirlər səslənir.
 
Şəxsi həyatına gəlincə isə, Vaqif Əliyev evlidir. Onun Natella Krapivina və Alina Əliyeva adlı qızları, 1 qız nəvəsi var.
 Modern.az
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10