“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin bir qurumda birləşdiriləcəyinə qərar verilib.
Beləki, “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin ləğv edilərək, vahid mərkəzdə birləşdiriləcəyi ilə bağlı məlumatlar heç də yeni deyil... Zaman-zaman ölkə mediasında bu iki dövlət qurumunun paralel mövcudluğunun anlaşılmazlığı ilə bağlı ekspertlərin açıqlamaları tirajlanıb. Mütəxəssislər bir neçə prizmadan bu ASC-lərin birləşdirilməsinin vacibliyini əsaslandırıblar.
Teref.az bildirir ki, hakim dairələrdən əldə etyimiz məlumata görə artıq bu ASC-lərin birləşdirilməsi ilə bağlı yekun siyasi qərar verilib. Qarşıdakı günlərdə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bazasında yeni dövlət qurumunun yaradılması rəsmən elan olunacaq. Yaradılacaq yeni qurumun isə “Azərbaycan Dövlət Meliorasiya və Su Agentliyi” adlanacağı gözlənilir...
Geçikmiş zərurətin səbəbləri
Əslində “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bu günə qədər mövcudluğunu qoruması anlaşılan deyil...Niyə? Hər iki ASC-nin vəzifə və funksiyalarına nəzər salaq...
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılıb. Əvvəllər isə bunabənzər müxtəlif adlarla fəaliyyətdə olub.
2004-cü ildə yaradılan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti də Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
Göründüyü kimi, hər iki qurumun fəaliyyəti funksiyalarında müəyyən müxtəlifliyə rəğmən ölkənin su ehtiyatlarından qidalanıb da, istifadəsi üzərində qurulub... Başqa sözlə hər iki ASC-nin işi de-fakto su əldə edib, satmaqdır.
Ekspertlərə görə bu qurumların birləşdirilməsini zəruri edən digər faktor ölkənin hazırkı maliyyə itisadi durumu ilə bağlıdır. Neftin proqnozlaşdırılmayan bügünkü qiyməti, koronavirus epidemiyası ilə bağlı zəruri xərclər və s. dövlət büdcəsinin əlavə yüklənməsi ilə müşahidə olunmaqdadır. Struktur islahatların davam etdirilməsi hədəfləmiş ölkədə büdcədən heç də az pay götürməyən “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nə seyriçi qalınması mümkünsüzdür. Bu qurumlar de-fakto nazirlik statuslu olmaqla büdcədən maliyyələşir. Hər iki ASC-nin bütün rayonlarda yerli təşkilatları, müxtəlif struktur bölmələri və s. var. Bütün bunlar isə hansısa kənar mənbədən deyil, dövlət büdcəsindən maliyyələşmə deməkdir... Yeni dövlət qurumunun yaradılması isə şübhəsiz ki, bu istiqamətdə dövlətin müəyyən qədər də olsa xərclərinin azalmasına səbəb olacaq.
Birləşməni zəruri və vacib edən növbəti səbəb dünya təcrübəsi və beynəlxalq maliyyə qurumlarının Azərbaycan hökuməti qarşısında tələbləri ola bilər. Beynəlxalq kreditor təşkilatlar daha təkmilləşmiş və bəlli dünya standartlarına uyğun dövlət qurumu ilə işləməyə üstünlük verirlər...
Nəhayət, “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin vahid mərkəzdə birləşdirilməsi korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi kimi problemlər səbəbindən də zəruridir. Ölkə mediasında xüsusi ilə “Azərsu” ASC-də idarəçilikdəki özbaşınalıqdan tutmuş büdcə vəsaitinin yeyilməsinə qədər faktlarla zəngin araşdırma yazılar dərc olunub və olunmaqdadır. Google üzərindən bir axtarış kifayətdir ki, “Azərsu” ASC ilə bağlı saysız tənqidi yazılar sıralansın. Bu yazılarda 16 fevral 2011-ci il tarixdən "Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Qorxmaz Hüseynovun kadr təyinatında qohumbazlığından, yerlibazlığından, dostbazlığından və müxtəlif tenderlər adı ilə dövlətin pulunu mənimsəməsindən bəhs olunur. Bu qurumdan yenixeber.org-a verilən məlumata görə adını “peşəkarlıq” qoyaraq işçilər arasında açıq-aşkar ayrıseçkilik edilməklə, Qorxmaz Hüseynovun qohum-əqrəbasına və dost-tanışlarının adamlarına, eləcədə SOCAR-dan gələnlərə yüksək maaş yazılır. Edilən narazılıqlar isə bumeranq effekti verir... O dərəcədə biabırçı durum yaranıb ki, işçilər öz aralarında bu boyda dövlət strukturunu “Azərsu” yox, “Cəbrayılsu” adlandırıb da, məsxərəyə qoyurlar. Nə isə,... Bu ayrı yazının mövzusudur.
Yeni quruma yeni iddialılar
Əldə etdiyimiz məlumata görə artıq günlərdir ki, hər iki ASC-də söz-söhbətlər, narahatçılıqlar müşahidə olunmaqdadır. Xüsusi ilə müxtəlif idarə rəisləri, vəzifə sahibləri təşvişlərini gizlədə bilmirlər. Birləşmə necə olacaq?, hansı ixtisarlar gözlənilir?...və nəhayət yeni yaradılacaq təşkilatın birinci şəxsi kim olacaq?
Əhməd Əhmədzadənin və Qorxmaz Hüseynovun vəzifəsini itirəcəyi ilə yaradılacaq yenid övlət qurumunun rəhbərliyinə iki iddialı namizəd var...(Bu namizədlərin kimliyi bizə bəlli olsa da, hələlik adlarının açıqlanmasını uyğun bilmirik. İ.S.) Yuxarı dairədən yenixeber.org-a daxil olan məlumatda deyilir ki, birləşdiriləcək hər iki tərəfin öz iddiası, öz namizədi var... Baxmayaraq ki, son söz, qərar dövlət başçısınındır.
Məlumata görə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin yeni yaradılacaq quruma rəhbərliyə öz namizədi var. Hazırda cənab Əhmədzadənin tabeliyində işləyən həmən şəxs iddialı, həm də ümüdlüdür. Ümüdü isə Əhməd Əhmədzadənin siyasi elitadakı nüfuzundan qaynaqlanır...
Qorxmaz Hüseynovun müavini olan digər iddialı isə daha şanslı və real namizəd kimi görünür. Uzun illərdir ki, “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən bu şəxs daha təcrübəli, işbacaran və nəhayət yuxarı dairələrdə möhtəşəm dayaqları olan birisi kimi tanınır. Onun hakimiyyətdə söz sahibi olan yüksək çinli məmurlarla isti münasibəti haqqında çox danışılır. Hətta o dərəcədə ki, “Meliorasiya və Su Təsərrüfatı” ASC-də çoxları onunla maraqlanır, tanışlığa can atırlar. Artıq onun son günlər Əhmədzadənin birinci müavini kimi iş başında olduğunu deyənlər də var(?)
***
Struktur islahatlardan bir nümunə olacaq “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin birləşdirilməsi gözlənilən və zəruri olduğu kimi, həm də dövlət başçısının siyasi iradə məsələsi sayıla bilər. Bu günə qədər şahidi olduğumuz saysız nümunələr kimi.
İlqar Salmanov (yenixeber.org)