Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Saakaşvili Ukraynanın parçalanacağından danışıb – Növbəti dəfə…


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili tezliklə Ukraynanın parçalancağı təhlükəsi barədə bəyan edib. O, Ukraynanın islahatlar üzrə Milli Şurasına başçılıq edir. 
«Ukrayna 24» telekanalının efirindəki çıxışı zaman ölkənin baş islahatçısı qeyd edib ki, bütün bölgələrdə mərkəzdənqaçma qüvvələrinin güclənməsi səbəbilə, Ukrayna parçalanmaq astanasındadır.
Bu zaman Saakaşvili qeyd edib ki, Ukraynanın dövlət olaraq, siyasi xəritədən silinməsinin qarşısını almağın yolunu bilir. Sən demə, bunun üçün ölkədə operativ islahatlar aparmaq lazımdır. Aydındır ki, məhz onun özünün rəhbərliyi altında.
«Biz deyəndə ki, ölkə parçalana bilər – bəli, əgər sürətli dəyişikliklər etməsək, real işlər görməsək, ölkə yox ola bilər. Gəlin, özümüzü adatmayaq – cənubda, şərqdə, uzaq qərbdə və şimalda mərkəzdənqaçma qüvvələri çox güclənib» – deyə, siyasətçi bəyan edib.
Xatırladaq ki, eyni xəbərdarlığı Saakaşvili artıq cari ilin feralında da bir dəfə səsləndirib.
AzPolitika.nfo





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10