Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu, böyük tərbiyəsizlik və əxlaqsızlıqdır” – Deputat “Yasamal olayı”na görə Prezidentə müraciət etdi


"Bir polis əməkdaşının Azərbaycan qadınına "siz hamınız dovşansınız" deməsi böyük tərbiyəsizlik və əxlaqsızlıqdır".


Cenub.az xəbər verir ki, bunu demokrat.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.


Daha sonra deputat qeyd edib: "Düzü video görüntülərə axıra kimi baxa bilmədim. Çünki əsəb və stress keçirtdim. Azərbaycan polisi bunu bilməlidir ki, insanları təhqir etmək və aşağılamaq olmaz. Səhəri günü sən bu millətlə üzbəüz qala bilərsən. Bu əxlaqsızlığın arxasında kimlərinsə durduğuna heç şübhə etmirəm. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi öz üzərinizə götürəsiniz".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10