Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

O üçrəngli bayrağısa, görməyəcək gözləriniz! - Rəsulzadəni söyən Xalq şairindən Maraqlı Faktlar


Bu gün Xalq şairi Süleyman Rüstəmin anım günüdür. Bu münasibətlə görkəmli şairlə bağlı bir-neçə maraqlı faktı diqqətə çatdırırıq.
Süleyman Rüstəm Azərbaycan SSR-nin dövlət himninin müəlliflərindən biri olub.
Image result for süleyman rüstÉm
***
Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
“Erginə qon, boz qurd” kimi əfsanələr sizin olsun,
İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər”.
Bu misraları yazan şair sovetlər dönəmində Türkiyə səfəri zamanı Məmməd Əmin Rəsulzadənin (ikisi də Novxanıda doğulub - red.) məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Süleyman Rüstəm başdaşının yanında oturur və ağlayır. Xeyli... Uzun müddət...
Image result for süleyman rüstÉm
***
Bağırov onu bir dəfə yanına çağıranda şair qorxuya düşür. Bağırov qabağında dümağ olmuş Süleyman Rüstəmi görüb təəccüblənir. Dəvətinin səbəbini açıqlayır: sən demə, Süleyman Rüstəmi Azərbaycan SSR Ali Sovetinə deputat təyin edibmiş. Süleyman Rüstəmin üstündən ağır yük götürülür. Bircə bunu deyə bilir:
- Yoldaş Bağırov, evdə elə bilirlər ki, məni həbs etmək üçün çağırmısınız. İndi bizim evdə ağlaşmadır. Xahiş edirəm, icazə verin evə zəng vurum.
Anasıyla telefonla danışanda Süleyman Rüstəm hıçqırıq səsi eşidir. Bağırov telefonu ondan alır, anası ilə danışır və qadını sakitləşdirir.
Image result for süleyman rüstÉm
***
Nazim Hikmət Bakıya gələndə onu qarşılamaq istəyir. Sovet hökuməti hər nə qədər kommunist olsa da Nazimdən, xüsusilə onun Azərbaycanla əlaqələrindən narahat idi. Mərkəzi Komitəyə zəng edən Süleyman Rüstəmə normal cavab verilmir. Şair bilmir ki, Nazim Hikməti qarşılasın, ya yox.
Image result for süleyman rüstÉm nazim hikmÉt
***
Ordubadi ilə Bağırovun oğlunun yas məclisinə gediblərmiş. Bağırovun xahişi ilə yası Ordubadi aparacaqmış. Məclisdə hamı rusdilli imiş və Ordubadi də rus dilində yaxşı bilmirmiş. Süleyman Rüstəmin zarafat edəcəyindən ehtiyat edirmiş. Bağırov ona narahat olmamasını desə də Ordubadi yenə Süleyman Rüstəmin zarafatlarından necə yaxa qurtaracağını düşünürmüş. Məclis bitəndən sonra Ordubadi Bağırova deyir: “Süleymanla bir maşında getsək, o məni təhqir edəcək”. Bağırov əsəbiləşir: “Siz müalicə olunmalısınız!” Və qəribəsi odur ki, bu söhbətdən sonra Ordubadi Süleyman Rüstəmi 3 il danışdırmayıb.

***
Daha bir küsülü yazıçı Əbülhəsən olub. Sən demə, Süleyman Rüstəm onun haqqı olan qonorarı Moskvadan alıb və dostlarına qonaqlıq verib. Həmin qonaqlıqda qonorarın əsl sahibi Əbülhəsən də vardı və heç nədən xəbəri yox idi.
Image result for süleyman rüstÉm
***
Şeirlərini, yazılarını həmişə əski əlifbada yazarmış...
Image result for süleyman rüstÉm
***
Repressiya zamanları Pirşağıdakı bağında oturub qorxa-qorxa yoldan keçən maşınların səsinə qulaq verirmiş.
Image result for süleyman rüstÉm
***
Atası dəmirçi olub və uşaqlıqdan şair ona kömək edib. Bu səbəbdən Süleyman Rüstəmdə “qrija” varmış. Bu ağrı onu bütün ömrü boyu izləyib. Uzun müddət bu ağrı ilə yaşayan Süleyman Rüstəmə əməliyyat olunmağını söyləyirlər. Onda 83 yaşı varmış. Və əməliyyatdan üç gün sonra vəfat edib.
***
Dözülməz zarafatları olub. Nə qədər qorxsa da arada Bağırovu da ərklə ələ salıb güldürdüyü olurmuş.

***
Və onunla bağlı sevməyənlərini peşman edəcək bonus fakt: “KQB” arxivində Mikayıl Müşfiqlə bağlı bir cümləsi belə yoxdur. Yazmamaq üçün məşhur bir bəhanəsi də var: “Biz yerliyik, qohumuq, bu mövzuda məni incitməyin.”

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10