Masallı Rayon İcra hakimiyyəti Başçısının aparatında bölmə müdiri işləyən Elvin Fəttayev Cenub.az saytının bu sorğusun belə cavablandırdı:
- Pandemiya zaman icra hakimiyyətində insanların ərizə və şikayətlərinin qəbulunu maksimum yüngülləşdirmək üçün onlayın xidmətdən vaxtaşırı faydalanırıq. Öncə rayon ərazisindəki 37 inzibati ərazi dairəsinin hamısında elektron xidmət quraşdırılıb. Şikayəti, rəyi, təklifi olan şəxslər öncə həmin quruma müraciət edir. Həmin müraciət ərazi dairəsinin əməkdaşları tərəfində qəbul edilir və icra aparatına ötürülür.
Bundan əlavə, vətəndaş ərazi nümayəndəsinə getmək istəmirsə, birbaşa icra hakimiyyətinə gəlib, buradakı (bax- şəkildəki) poçt qutusuna həmin şikayət məktubunu atır. Həmin qutu isə, İHB-nin Ümumi Şöbəsinin əməkdaşları tərəfindən iş günü müddətində hər saatda bir dəfə açılır. Bundan sonra şikayətçiyə məlumat verilir ki, filan vaxt yaşadığı ərazidən, nümayəndəliyin binasında qurulmuş elektron xidmət vasitəsi ilə icra başçısına şikayətini bildirsin. Virtual qəbullar həftə ərzində, iş günləri, hər gün saat 16:00-dan başlayır. Təxminən hər gün 7-8 nəfərin şikayət dinlənilir, ehtiyac olduqda müvafiq təşkilatlarla əlaqəlandirilir.
Vətəndaşlar əsasən elə şikayət etdikləri gün, ən geci isə, istirahət günlərinə düşmürsə, səhəri gün virtual qaydada icra başçısı ilə birbaşa danışmaq imkanı qazanırlar.
Bu xidmət sakinlər tərəfindən razılıqla qarşılanır.
Şikayətçilərə isə xahişimiz odur ki, İcra hakimiyyəti binasının girişində qoyulmuş Poçt Qutusuna məktub atarkən ad, soy ad, ata adı, yaşadığı ərazi, telefon nömrəsi, eləcə də şikayətin qısa məzmunu haqqında məlumat verməyi unutmasınlar.
Cenub.az
Turan