"Bu qərarın əsas qayəsi medianı ayrı-seçkiliyə sövq etmək, mətbuat azadlığını boğmaqdır. Axı Azərbaycanda media deyəndə təkcə televiziya və radio nəzərdə tutulmur”.
Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi son qərarı şərh edərkən "freelancer” jurnalist Vəfa Fərəcova Toplum tv-yə belə deyib.
İyunun 4-də verilən qərarda bildirilir ki, həftəsonları KİV kimi yalnız televiziya və radio kanallarının, kabel televiziyalarının fəaliyyətinə icazə verilir.
Qərarda 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və "freelancer”lərin yalnız onlayn şəkildə fəaliyyət göstərməsinin zəruri olduğu da qeyd edilir.
Vəfa Fərəcova isə hesab edir ki, şənbə və bazar günləri televiziyalarda növbəli iş rejimi olduğundan məlumatlar cəmiyyətə tam təfərrüatı ilə çatdırılmayacaq.
O həmçinin televiziyaların tənqidi düşüncə tərzindən uzaq olduğunu, müstəqil jurnalistlərin isə məsələlərə hərtərəfli yanaşdığını vurğulayır.
Jurnalist bu qərarın onun peşə fəaliyyətinə məhdudiyyətlər gətirdiyini deyib: "Müsahibim həftəiçi məşğul olduğundan bu həftəsonu studiyada çəkiliş planlamışdıq. Lakin bütün planlarımız alt-üst oldu. Əgər fəaliyyətimə məhdudiyyət qoyulmasaydı, hazırda məhlədə gəzən cavanlardan, o yaşlı insandan reportraj hazırlayardım”.
O, sual edir: "Nəyi əldə rəhbər tutaraq belə bir qərar veriblər?”
Vəfa Fərəcovanın sözlərinə görə, bu qərarı beynəlxalq təşkilatlar yox, Azərbaycanın yüksək vəzifəli şəxsləri qəbul edib.
Onun qənaətincə, bu qərar Azərbaycan mediasında yaranan vəziyyətlə bağlı beynəlxalq təşkilatların hesabatına yeni bir iradın daxil olmasına rəvac verir.
Jurnalist bu qərarı qəbul edən şəxslərin açıqlama verməli olduqlarını söyləyib: "Qaş düzəltdikləri yerdə vurub göz çıxardılar. İndi o gözü çıxardanlar hesabat verməlidir”.
Arif Əliyev: "Jurnalistlərin fəaliyyətinə tətbiq olunan məhdudiyyəti lüzumsuz hesab edirəm, amma...”
"Mətbuat klubu”nun rəhbəri Arif Əliyev isə jurnalistlərin fəaliyyətinə tətbiq olunan məhdudiyyəti lüzumsuz hesab etsə də, faktiki olaraq bu qərarın mediaya ciddi ziyan vuracağını düşünmür.
Onun sözlərinə görə, sərt karantin rejiminin tətbiq olunduğu ərazilərdə bütün həyat dayanıb: "Ölkədə nə həyat var, nə də xəbər. Amma xəbər olmamasına rəğmən, biz bu rejimdə onlayn fəaliyyət göstərir, materiallar hazırlayırıq”.
Müşfiq Ələsgərli: "Bu qərarı hər hansı bir məhdudiyyət kimi şərh etmək düzgün deyil”
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli isə Toplum tv-yə açıqlamasında bildirib ki, bu qərar yalnız insan həyatının müdafiə olunması məqsədi daşıyır.
Onun fikrincə, müzakirələrə səbəb olan bu məsələyə hər hansı bir məhdudiyyət və ya qanun pozuntusu kimi qiymət vermək düzgün deyil.
Müşviq Ələsgərli söyləyib ki, karantin rejimi yumşaldıqdan sonra jurnalistlər arasında da koronavirusa yoluxanlar olub: "Sərt karantin rejimi dövründə onlar arasında yoluxanlar yox idi. İndi bizdə olan məlumata görə isə son günlərdə jurnalistlərdən 6-7 nəfər virusa yoluxub”.
O, səhiyyə işçiləri və polislər kimi jurnalistlərin də həyatının təhlükə altında olduğunu vurğulayıb.
Müşviq Ələsgərlinin verdiyi məlumata görə, dünyada təqribən 1000-ə yaxın jurnalistdə koronavirusa yoluxma faktı qeydə alınıb.
"Televiziya jurnalistlərinə ona görə icazə verilib ki, onların fəaliyyətini tənzimləmək, yəni xüsusi maşınlarda aparılıb-gətirilmələrini təmin etmək mümkündür. Amma jurnalistlər kütləvi şəkildə küçəyə çıxarsa, bu, qeyri-mümkündür”, – o söyləyib.
O, əlavə edərək deyib ki, cəmiyyəti məlumatlandırmada müəyyən məhdudiyyətlər olsa da, bu, ümumi məlumatlandırma işinə xələl gətirmir.
Ələsgər Məmmədli: "Jurnalistlərin funksiyası ictimai nəzarəti həyata keçirməkdir”
Media məsələləri üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli isə qeyd edir ki, jurnalistlərin "freelancer” və ya əmək müqaviləsi ilə çalışmasından asılı olmayaraq küçəyə çıxıb məlumat toplamasına məhdudiyyət qoyula biılməz.
Onun sözlərinə görə, jurnalistlərin funksiyası ictimai nəzarəti həyata keçirməkdir.
Ekspert sonda əlavə edib ki, Nazirlər Kabineti öz vəzifəsini heç bir hüquqa toxunmadan etməlidir: "Nə konstitusiya, nə də digər hər hansı bir hüquq Nazirlər Kabinetinə əsas verir ki, ifadə azadlığını məhdudlaşdırsın”.
Demokrat.az