Kamran Əsədov: “23 min tələbə sizdən, onlayn imtahanınızdan narazıdır”
“Deməli, 5 saat öncə “İnstagram” hesabımda bir status yazıb ali təhsil müəssisələrində semestr imtahanları barədə monitorinq apardım. 23 mindən çox tələbə şərh yazdı. Başa düşürsünüz, 23 min. Mən xatırlamıram ki, nə vaxtsa hansısa posta, kiminsə statusuna 23 min şəxs şərh yazsın. Bəli, pandemiya dövründə Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetlər “Microsoft Tims” və digər proqramlar ilə onlayn dərs keçdilər, hər kəs bacardığı qədər və bundan daha çox ortaya nəsə qoymağa çalışdı. Görülən işləri yüksək qiymətləndirirəm. Amma bəzi universitetlər bu istiqamətdə nəsə etmədikləri azmış kimi, tələbələrə qarşı təzyiq yolunu belə tutdular”.
AYNA xəbər verir ki, bu sözləri tahsil eksperti Kamran Əsədov universitetlərin koronavirus pandemiyası dövründə tələbələrdən yay semestr imtahanı, bununla bağlı yaranan narazılıqlardan danışarkən deyib. Onun sözlərinə görə, mövcud vəziyyətdən sui istifadə edənlər də az deyil. Bununla yanaşı, ekspertin qənaətincə imtahanı ləğv etməyin başqa problemləri ortaya çıxaracağı da qaçılmazdır: “Lakin, bəzi universitetlər bu vəziyyətdən çıxış yolu üçün hər bir tələbəni birbaşa 51 balla qiymətləndirməli, bundan narazı olanları onlayn imtahana cəlb etməli idi. Yaxud da, tələbənin ümumi orta göstəricisi, əvvəlki illərdə və ya semestr balı ilə ortalama qiymət yazmaqla mövcud gərgin vəziyyətdən çıxa bilərdi”.
“Yekun olaraq deyim ki, 3 özəl universitet rəhbərinin davranışı, münasibəti təhsil idarəçisinə yaraşan deyildi. Məhz növbəti aylarda abituriyentlərə ixtisas seçimi zamanı bu universitetləri ümumiyətlə tövsiyə etməyəcəm. Çünki, bu universitetlər üçün nə gələcəyin kadrını yetişdirmək maraqlıdır, nə də insan yetişdirmək. Onlar üçün ancaq tələbələrin təhsil haqqı maraqlıdır. Bir də 23 min şərh sizə adi gəlməsin. 23 min tələbə sizdən, onlayn imtahanınızdan narazıdır”.
Müəllif: Ayna.az