Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Koronavirusla bağlı qorxulu ssenari - Həkimlər xəstələri xilas edə bilməyəcək


COVİD-19 infeksiyasının qaçınılmaz olan ikinci dalğası zamanı daha çox insan xəstələnə bilər.
Bunu Yaponiyanın məşhur həkim-infeksionisti Akixiro Sato deyib.

Onun sözlərinə görə, hələlik dünyanın heç bir ölkəsində antitel testləri ilə bağlı müsbət reaksiyalar çox azdır. "Bu o deməkdir ki, əhalinin 99 faizi hələ xəstələnməyib. Antitel 60 faiz olduqda yeni dalğanın qorxusu yoxdur və yoluxmalar da çox yayılmaz. Amma buna hələ çox var".

İkinci dalğanın əsas təhlükəsindən biri də səhiyyə sisteminin birdən sürətlə artan xəstə qəbuluna hazır olmamasıdır. Yapon mütəxəssis bu zaman xəstəxanada yerlərin, süni tənəffüs aparatlarının çatışmayacağını, həkimlərin ağır xəstələrə vaxtında müdaxilə edə bilməyəcəyini deyir. "Bu halda başqa şərtlər altında xilası mümkün olan xəstələri belə həyata qaytarmaq mümkün olmayacaq. Bu ən pis ssenaridir. Əgər ikinci dalğa zamanı yoluxmalar kəskin artarsa qurbanlar da qaçınılmaz olacaq".

Ümumiyyətlə Sato hesab edir ki, vaksin hazır olmayana kimi COVİD-19 bir neçə dalğa ilə geri qayıda bilər, insanlar da bu zaman özünütəcrid vəziyyətində yaşamağa alışmalıdırlar.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10