Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İsti-Su sanatoriyasına Fatmeyİ – Zəhranın adı niyə verilmişdi və niyə götürüldü?


Buradakı massajçıların hərəkətləri doğrudanmı şübhə doğurur?

Həmişə gözəl mənzərələri, çox faydalı mineral suları ilə reklam olunan Masallı İsti-Su sanotoriyası son vaxtlar qeyri-sağlam mənəvi ab-havası  ilə gündəmə gəlib.

Başlıca irad nədən ibarətdir? Niyə dünya müsəlmanlarının müqəddəs isimlərindən sayılan Fatimey-Zəhranın adı bu istirahət ocağı kimi  belə sağlam ab-havası olmayan məkana verilib?   Din aşiqləri ən çox nədən qəzəblənib?

Bəs bu sanatoriyanın rəhbəri Hacı İldırım Allahyarov bu iradları necə cavablandırır? Bizə verdiyi qısa müsahihədə İ. Allahyarov bildirdi ki, Fatimə və Zəhra onun qızlarının adıdır. Sanatoriyaya bu adı da onların şərəfinə   verib.

İddiaçılar isə bununla razılaşmır və qeyd edirlər ki, bu ad həmin istirahət mərkəzinə veriləndə həmin qızlar dünyaya gəlməmişdi. Bir də Fatimə və Zəhra başqadır. Fatimeyi-Zəhra başqa. Bu da sosial səhifələrdə hiddətlə qarşılanıb. 

Ona qarşı olduqca kəskin, həm də təhqir dolu statuslar paylaşılıb. Hətta ona hədə dolu zənglər də olub. Masallılı, Daşkəsənin icra başçısı Əhəd Abıyevin də adı bu olaya qarışdırılıb.

İ.Allahyarov vəziyyəti belə görüb bunu radikal islamçıların işi kimi dəyərləndirib.

Son anda isə Fatimeyi-Zəhra adı bu istirahət mərkəzinin adından götürülüb, bu adı əks etdirən lövhələr, plakatlar yığışıdırılıb.


Biz məsələyə aydınlıq gətirmək üçün İ. Allahyarovdan geniş müsahibə almaq istədik. Təbii ki, sual vermək bizlikdir, nə cavab  verəcəksə, bu cavablar səmimi olacaq, ya olmayacaq cavab verənin, bu məqamda   İldırım Allahyarovun öz məsuliyyətidir.

Bütün bunları düşünüb-daşınandan sonra, daha obyektiv müsahibəyə nail olmaq məqsədi ilə qərar verdik ki, alacağımız müsahibəni sizin suallarınız əsasında hazırlayaq.

Bu günkü İsti-Su sanatoriyasına, Fatmiyei-Zəhra adı nə məqsədlə verilmişdi və bir hədə nəticəsində yığışdırılmasını necə dəyərləndirirsiniz?

Buradakı masajçıların hərəkətləri doğrudanmı şübhə doğurur?

Yaxud, bütün bunlar kimlərinsə qısqanclığı üzündən, İ. Allahyarovun işgüzar nüfuzuna xələl gətirmək üçün edilir?

İ. Allahyarovun verdiyi cavabların səmimiliyinə inanmaq olarmı?

Onun daim gülərüz olması, qonaqpərvərliyi bütün əməlləri ilə həmahəng səslənirmi?

Haqlı idisə, aşıq-aşkar təhqirlərə, hədələrə, digər təzyiqlərə görə, bunu edənlərə qarşı məhəkəmə davaları açdımı?

Qeyd. Yazı FB səhifəmizdə (cənub xəbərləri və Zahir Amanov profilimizdə paylaşılacaq) də paylaşılacaq. Rəylərinizi gözləyirik.


Cenub.az. Zahir Əmənov










Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10