Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Baş Prokurorluğa yeni təyin olunan müavinlərdən biri Masallıdandır


Əvvəllər Şəkidə və Mingəçevirdə prokuror işləyib


Camalov Elmar Heybət oğlu 1969-cu ildə anadan olub. Atası Heybət Camalov uzun müddətə Masallı rayonunun Şərəfə Ərazi Dairəsinə daxil Ağakişibəyli kəndində anadan olub. Bakıda ayaqqabı fabrikində məsul vəzifədə çalışıb. İki il öncə vəfat edib və doğulduğu Ağakişibəyli kəndində dəfn olunub.


Baş prokurorunun müavini Elmar Heybət oğlu Camalov  

1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq 

Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi işləyib. 

1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində çalışıb. 

2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət edib, 2005-ci ildən köçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi işləyib.


2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, 

Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 

2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 

2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışıb.
6 noyabr 2019-cu ildən son təyinatadək Mingəçevir şəhər prokuroru vəzifəsində işləyib. 

Azərbaycan Prezidentinin 21.05.2020-ci il tarixli sərəncamı ilə Baş prokurorun müavini vəzifəsinə təyin edilib. Rus dilində sərbəst bilir.

Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 

2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 

2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, 

Baş Prokurorluğun idarə rəisinin müavini, 

Baş prokurorun böyük köməkçisi,

 Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb.

May ayının əvvəlindən isə Baş Prokurorun müavini vəzifəsinə təyin olunub.


Zahir. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10