Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Sadədən də sadə bir insan





Ən qorxduğu isə işə başladığı ilk aylar olub. Hündür bir evin kümün bağladığdan sonra aşağı düşməyə qorxub və onu yaxındakı Qaldırıcı Kranla düşürdüblər.


Çoxlarının sesnsasion xəbərlərdən – “Filankəs milyardeləri yedi”, “filankəsin 10 villası var” və buna bənzər xəbərlərdən bezdiyi vaxta sizə olduqca sadə, tərcümeyi-halı cəmi bir neçə cümləyə sığan bir insandan söz açmaq istəyirəm.

Zabil Rəhimov: - 30 yaşım var. Ailədə 11 uşaq olmuşuq – 6 qardaş, 5 bacı. Necə deyərlər, çoxuşaqlı ailə kimi heç vaxt ah-vay edib, kimdənsə nələr ummamışıq. Bir az ayağımız yer tutan kimi çörək qazanmağa başlamışıq. Qardaşlarimın dördü ticarətlə məşğul olur, biri təhsil alır, mən də ustalıq edirəm.

Zabilin bacarmadığı sənət yoxdur -  müasir dam örtüklərinin vurulması, döşəmə və tavanın yığılması (istər taxta istər lambir, istər alçipanla), rəngləmə işi, santexnik işləri və sair.

Ən “pis” xasiyyəti – yuxudan çox tez oyanır, iş görəcəyi evin qapıssını lap tezdən kəsdirir. İşində çox   dəqiqdir, səliqəlidir, yarımçıq işi sevmir. Gənc olsa da halal-harama çox diqqətlidir.

Hansı evdə, obyektdə işləyibsə onların dostuna, doğmasına çevrilib.

Heç vaxt qiymət davası etməz. Xeyirxahlığı sevər. Qalmaqaldan qaçar

Həyatında maraqlı hadisə. Bir dəfə Bakıda bir imkanlının evində çalışanda 200 kvadrat metrə yaxın tavana taxta döşəyib. Ev sahibi işi bəyənməyib. İradı o olub ki, niyə taxtalada düyün yoxdur. Gərək düyünlü taxta olaydı. Sonra da deyib ki, pulu nə qədərdirsə, verirəm, amma 15 günə gördüyün bu işi təzələ, düyünlü taxta al, bu taxtanı da nə istəsən edərsən. Çox pərt olan  Zabil evə qayıdandan sonra  qəfildən fikirləşir ki, bu qədər taxtanı sökmək əvəzinə taxtaya süni düyünlər işləyim. Ev sahibi səhər gəlib işi çox bəyənir.

Daim öyrənir – internetdən yeni yaradılan inşaat alətləri daha tez tapır, daha müasir, səmərəli iş üsulları axtarır. Daim tikinti qəribəlikləri ilə insanları təəcübləndirməyə çalışır.

Ən qorxduğu isə işə başladığı ilk aylar olub. Hündür bir evin kümün bağladığdan sonra aşağı düşməyə qorxub və onu yaxındakı Qaldırıcı Kranla düşürdüblər.

Bax belə. Yazı bitdi. Gəlin belə sadə, öz peşəsinin ustası olan insanları tanıyaq, tanıdaq.

Elə bu əhvalat da mövzumuza çox yaxındır

Böyük yazıçı Frans Kafkanın bir hekayəsi var. Hekayədə deyilir ki, yaxşı bir insan vəfat etdikdə mələklər dərhal ona ismarış gətirir: “Siz yaxşı əməllərinizə görə Tanrıya bir sual vermək şansı ilə mükafatlandırılırsınız”.
Adam xeyli düşündükdən sonra Tanrıya sual verir ki, onun tarix boyu ən böyük sərkərdə kimi yaratdığı kim olub.
Tanrı da deyir ki, sən filan şəhərdən deyilsənmi, filan küçədə yaşamırdınmı? “Bəli” söyləyən adam onu şoka salan bir cavab alır.
Tanrı deyir: “Yaşadığın küçənin başında pinəçi köşkü vardı, o qamətli pinəçini tanıyırdın sən də, bax, o, bütün gəlmiş-getmişlər arasında mənim ən yüksək sərkərdə qabiliyyəti verdiyim insan olub. 
Lakin bunu nə özü, nə də başqaları bilib”.”.



Turan Əlisoy






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10