Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tövrat Azərbaycan dilinə tərcümə olunur


“Yəhudilərin dini kitabı Tövratı tərcümə edirəm, iyul ayının ortalarına yekunlaşdıracağam.”

Bu sözləri yazıçı, tərcüməçi Etimad Başkeçid bildirib.

“Yarısından çoxunu tərcümə eləmişəm. Tövrat dünyanın mədəni dillərinə dəfələrlə tərcümə olunub. Rus dilində ən azı altı variantı var. Azərbaycan dilinə də çevrilib, amma inanıram ki, mənim tərcüməm ən mükəmməli olacaq. Ona görə ki, qarşımda iki rus variantı var; birincisi hərfi tərcümədir, ikincisi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

E.Başkeçid daha sonra bunları deyib:

“Türkcə, azərbaycanca variantlarına da baxıram. Beş-altı mənbəylə işləyirəm. Tərcümələrdə bir-biri ilə uyuşmayan məqamlar çoxdur. Bunların hamısını araşdırıb ən mükəmməl səviyyədə tərcümə etməyə çalışıram. Tövratdan əxz elədiyim bəzi mətləblər var. Məlum olur ki, yaxşı adam olmaq çox asandır, pis adam olmaq üçünsə xeyli əmək qoymalısan. Amma nədənsə insanların çoxu asan olmayanı seçir.”

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10