Yaxud, dünyada koronovirusa karantin etməyən ölkələrdən biri
Öncə bildirək ki, 27 may 2020-ci il tarixdə efirə gedən - “16 yaşlı ərkivanlı qız ABŞ-ın nüfuzlu univeristetinə qəbul olunub” adlı ilk verilişimiz Cənub-Xəbər TV – də yayımlanandan sonra ilk təbrik, həm də olduqca ilk maraqlı təklif İsveçdə yaşayan masallılardan gəldi.
Bu təklif barədə danışmazdan öncə bəzi müşahidələrimizi qısa şəkildə sizinlə paylaşmaq istəyirik.
Gözlənilən kimi, Rusiyadan və digər xarici ölkələrdən çoxlu təbriklər alsaq da, daha yaxından, daha doğrusu, doğma Masallı rayonundan arzu olunan dəstəyi görmədik.
Necə deyərlər, qorxduğumuz başımıza gəldi. Yəni, bildirmişdik ki, qorxuruq meydan ola, danışmaya adam tapmayaq. Elə də oldu. İnanırıq ki, belə davam etməz, bizim də danışanlarımız tapılar.
İlk verilişdə həm də konkret suallar ünvanlamışdıq –
- kimlər kanalımızda danışmaq istəyir?
- Kimlər kanalımızda kimləri eşitmək və görmək istəyir və sair.
Həmişə kimi çoxları “Uğur olsun” deməklə işin bitmiş saydı, lakin təkliflər gəlmədi.
Bəs hanı daim meydan istəyən iqtidar təmsilçiləri, vətəndaş cəmiyyətinin, müxalifətin nümayəndələri?
Niyə yaranmış imkandan faydalanmırsınız? Doğrudanmı, heç kimin cəmiyyətə deməyə sözü yoxdur? Nə isə. Bir qədər də gözləyək.
İndi isə İsveçdən gələn təklif barədə.
İsveçdə minlərlə azərbaycanlı, o cümlədən cənub bölgəsinin, konkret desək, Masallının da övladları yaşayır. Onlardan biri də Əliyev Anar Ramazan oğludur. Yaşlı nəslin gözəl tanıdığı, dəyərli fizik, adı həmişə ehtiramla çəkilən Ramazan Əliyevin oğlu Anar.
O Anar ki, hələ 10 il öncə cenubxeberleri.com saytı yarananda xaricdə səsimizə səs verən insanlardan biri olmuş, bu ölkə haqqında qəzetimizdə silsilə yazılarla çıxış etmişdi.
Bu dəfə də kanalımızı öncüllər sırasında isveçdəki həmvətənlərimiz adından Anar təbrik etdi və bildirdi ki, kanalın könüllü olar Danimarka, İsveç, Norveç də digər onlara yaxın ölkələr üzrə müxbiri olmağa, bu ölkələrdə yaşayan həmvətənlərimiz barədə bizə təmənnasız olaraq videolar göndərməyə hazırdır.
Dedi də, etdi də.
Biz onun göndərdiyi ilk videonu təqdim etməzdən öncə Anarın özünü təqdim edək.
1966-cı ildə Masallı şəhərində anadan olub. Ali təhsilli mühəndisdir. Bir müddət Almaniyada, ABŞ-da, Rusiyada çalışıb. 20 ilə yaxın olar ki, İsveçdə çalışır. Əvvəl nəqliyyat sistemində sıravi işçi olsa da, hazırda şəhər nəqliyyat sisteminin güclü bildiyi üçün Stokholumun aparıcı nəqliyyat şirkətlərindən birində qaraj müdiridir. Ailəlidir, bir qızı var, İsveçin paytaxtında şəxsi mənzil sahibidir. Buradakı Azərbaycan birlikləri ilə sıx əlaqə saxlayır.
Anar bizə hansı mövzuları vəd edir?
- İsveçdə təhsil, o cümlədən uşaq bağçaları;
- Buranın qəribə adətləri;
- İsveçdəki azərbaycanlılar;
- Burada millət vəkili olan cənublular;
- Buradakı xeyriyyə təşkilatları.
- Burada səhiyyə və sair.
- Buranın qəribə adətləri;
- İsveçdəki azərbaycanlılar;
- Burada millət vəkili olan cənublular;
- Buradakı xeyriyyə təşkilatları.
- Burada səhiyyə və sair.
İndi isə Anarın ilk videolarını təqdim edirik. Nəzərə alın ki, , video həvəskarlar tərəfindən çəkilsə də, burada sizin üçün maraqlı olacaq çoxlu məlumatlar var. -
İlk videeolarda nələri izləyəcəksini?
İsveç – koronovirisa görə Qərbi Avropada karantin elan etməyən yegən ölkə kimi;
Vergi idarəsi iş yeri uzaqda yerləşən vətəndaşa il ərzində nəqliyyata xərclədiyi pulun tam məbləğini, ev təmir etdiribsə, onun 50 faizini geri qaytarır
Burada sürücüyə, müəllimə, həkimə ... daha çox ehtiyac var.
Dil bilmək elə də vacib deyil- şirkətlərin çoxunda türklər çalışır, yaxud da çoxlu pulsuz dil kursları var.
Daha ətraflı isə cənub xəbər tv-də Anarın dilindən videoda izləyin.
Yeri gəlmişkən, başlanğıc olduğu, xırda qüsurlara yol verdiyimiz üçün bizi üzürlü sayın.
Təkliflərinizi, fikirlərini yazmağı da unutmayın.
Zahir Əmənov. Cenub.az