Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İcra başçısının 200 minlik yeyintisi: maliyyə müdiri qovuldu


Bərdə rayonu Şirvanlı kənd icra nümayəndəliyində 2018-2019-cu illərə aid maliyyə yoxlaması aparılıb. 

Hit.Az-ın əldə etdiyi məlumata görə, yoxlama bir ilə qədər davam edib. 

Xəbər verilir ki, yoxlama zamanı 3 uşaq bağçasında yeyinti olduğu aşkarlanıb. Ümumilikdə, 200 mindən çox vəsaitin yeyildiyi faktı ortaya çıxıb. 

Bu araşdırmanın nəticəsi olaraq bir neçə maliyyə işçisi, Bərdə icra hakimiyyətinin maliyyə müdiri vəzifəsindən azad edilib. Ancaq yeyintiyə imkan yaradan və bu özbaşınalıqlara əsas səbəb olanlar kənarda qalıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10