![](/uploads/posts/2020-06/medium/1591088402_k.jpg)
Artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Daha sonra isə iyunun 22-si, 26-sı və 29-na biletlər təklif olunur. İlk uçuş üçün biletin qiyməti 100 avrodan başlayır. Lakin 29 iyun tarixinə biletlər 50 avrodan satışa çıxarılıb.
Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir.
Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. Bu reys ilə biletin qiyməti 120 avrodan başlayır. İyunun 21-i, 25-i və 28-dəki uçuşlar üçün biletlər 100 avrodan təqdim olunur.
***
“Türk Hava Yolları” aviaşirkəti də Bakıdan iyunun 11-dən uçuşlara başlayır. Artıq bununla bağlı şirkətin saytında biletlər satışa çıxarılıb. Yaxın tarix üçün biletlər 120 avrodan, iyul-avqust ayları üçün isə 80 avrodan satışa çıxarılıb. Artıq bir neçə reyslərdə bütün biletlər alınıb. İstanbuldan Bakıya ilk təyyarə isə iyunun 10-da uçacaq. Bu tarix üçün qiymətlə 200 avrodan başlayır.
THY iyunun 11-dən Türkiyənin İzmir və Ankara şəhərlərinə də uçuşlar təyin edib.
Qeyd edək ki, Operativ Qərargahın son yaydığı məlumatda Azərbaycan sərhədinin iyunun 15-dək bağlı olacağı açıqlanmışdı.
Qafqazinfo