Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Marsa enəcəyik, tarixin nəhəng silahını yaradacağıq” - ABŞ prezidenti


ABŞ prezidenti Donald Tramp ilk pilotlu «Crew Dragon» kosmik gəminin Beynəlxalq kosmik stansiyaya göndərilməsini təntənəli surətdə şərh edib.

Floridada NASA əməkdaşları qarşısındakı çıxışında dövlət başçısı bəyan edib ki, ABŞ astronavtlarının Marsa enəcəyi gün uzaqda deyil.

Onun sözlərinə görə, «ABŞ dövləti öz astronavtlarını Amerika ərazisndən Amerika raketi ilə göndərəndən sonra, digər dövlətlərdən kosmik asılılıq dövrünə son qoydu».

«Bizim sabiq liderlər bizi elə bir situasiyaya gətirmişdilər ki, astronavtlarımızı kosmosa göndərmək məsələsində digər ölkələrdən asılı olmuşduq» - deyə, prezident bildirib.

Tramp onu da qeyd edib ki, ABŞ ağılagəlməz yeni silah növünü - «tarixin ən böyük silahını» əldə etməyə yaxındır. «Mən artıq onun sınaq nümunələrini görmüşəm, hətta mən ona inanmaqda çətinlik çəkirəm» - prezident əlavə edib.

AzPolitika.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10