Yaşadığım Ərkivan qəsəbəsində bir nəfərin yoluxduğunu görüb, çoxları koronavirusun olduğuna inanmağa başlayıblar
Təxminən 3 həftə öncə bir mötəbər şəxs məndən xahiş etdi ki, sən də bu koronavirusla bağlı bir şey yaz, bəlkə camaat inana. Dedim, yazmaq problem deyil. Onsuz da onlarla alimin, məmurun, digər mütəxəssislərin bu barədə fikirlərini paylaşırıq. Yerli sakinlər isə məlumata o vaxt inanır ki, bununla bağlı sağında, solunda olanlardan dəqiq xəbərdar olsun. Buna görə, yaxşı olar ki, siz koronavirusdan sağalmış ən azı 2 şəxslə mənim əlaqəmi təmin edin, heç sifətini də göstərməyim. Sadəcə danışsın ki, necə yoluxub, hansı ağrıları keçirib, necə sağalıb. Təəssüf ki, bir neçə dəfə ciddi cəhdlərimə baxmayaraq belə şəxslərlə görüşüm baş tutmadı.
Doğrudan da varmı, yoxmu?
Koronavirus söhbətləri bu gün az qala bütün söhbətləri arxada qoyub. Yüzlərlə insan “Doğrudanmı varmı, yoxmu?” sualı qarşısında çaşıb qalıb. Əks arqument gətirənlər daha çoxdur.
Məsələn, 17 minlik Ərkivanda bir nəfər də yoluxmayıb. Bankların, “təminatın”, poçtun qabağı adamla doludur, hamı da bir-birinin “belində”, onlar niyə yoluxmur?
Deyirsən ki, bunu tək biz demirik ki, dünyanın aparıcı ölkələri deyir, haray çəkir. Deyirlər, pul tələsidir. Nə bilim, hə xəstəyə görə, pul silirlər və sair.
“TƏBİB”in qadağaları
“TƏBİB” adlanan təşkilat da o qədər qadağalar qoyur ki, adam “təbib” sözün deməyə qorxur. Yaydığı məlumatlar da o qədər qatışıq olur ki,.. Gah faizlə, gah rəqəmlə. Hətta bir xəstəxananın müsbət iş təcrübəsi var idi. Baş həkim dedi ki, TƏBİB deyib jurnalisti yaxına qoymayın.
Nəhayət gələk başlıqdakı suala. Koronavirus məlumatları tam detallı, açıq olsa, nə olar?
Məsələn, dəqiq yazsınlar ki, bu gün Masallı rayonunda, filan qəsəbədə, filan kənddə filankəs yoluxdu. Bu, məncə, hər cür sözdən təsirlidir. Həm digərlərin çəkindirər, həm də olayın nə qədər ciddi, kəskin olduğuna sübut olar.
Son vaxtlar bununla bağlı qəribə xəbərlər gəlir – filan kənddə korona virusdandan birin dəfn etdilər, o biri kənddə bütöv ailəni apardılar. Nə bilim xəstəxana boşdur, yalan deyirlər.
Söhbəti uzatmayaq. Bu gün, mayın 31-də tezdən xəbər yayıldı ki, Ərkivan qəsəbəsində bir nəfər şəxsdə koronavirus tapıldı, apardılar. Sonra dedilər, həyat yoldaşın da aparıblar. Sonra dedilər bütün evdəkiləri, qonşuları aparıblar.
Dünya dağılmaz ki, hər rayonda adı olub, üzvləri tanınmayan Operativ Qərargah təcili məlumat yaysın ki, bu gün filan qəsəbədə, filan kənddə, filan kəsdə koronavirus tapıldı. Filan tədbir görüldü. Ətrafdakılar da işin bilsin.
Onsuz da hara Təcili Yardım, ağ kombizonlular gedirsə, bütün ərazi bilir və danışır. Məncə, aşkarlıq daha vacib və əhəmiyyətlidir.
Siz nə düşünürsünüz? Fikriləriniz maraqlıdır.
Zahir Əmənov. Cənub.az