Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Deputat 190 manatın iyunda da verilməsini TƏKLİF ETDİ


“Aidiyyatı qurumlar 190 manatın iyun ayında da verilməsini nəzərə alsın”.
 
Cenub.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışı zamanı deyib. 
 
O qeyd edib ki, bu məsələnin həllini tapması vacibdir: “Qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”. 
 Deputat həmçinin çıxışında regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif edib.
 
Qeyd edək ki, koronavirusla bağlı 190 manatlıq birdəfəlik ödənişlər aprel və may ayları üçün nəzərdə tutulub. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10