Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda ən çox bu fənlərin müəllimlərinə ehtiyac var - 7539 vakant yer müsabiqəyə çıxarılır


Azərbaycanda orta məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ili üçün müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə 7 539 vakant yer çıxarılacaq. Vakant yerlərin 6 680-i tədrisi Azərbaycan dilində aparılan bölmə üzrədir.
 
Azərbaycan bölməsi üzrə ən çox vakant yerlər musiqi, daha sonra təsviri incəsənət fənni üzrədir. Azərbaycan bölməsində musiqi fənni üzrə 1 421, təsviri incəsənət üzrə 788, rus dili üzrə 694, kimya üzrə 672, informatika üzrə 487, ingilsi dili üzrə 453, texnologiya üzrə 318, riyaziyyat üzrə 309, biologiya üzrə 290, fiziki tərbiyə üzrə 287, fizika üzrə 275, Azərbaycan dili və ədəbiyyat üzrə 203, ibtidai sinif üzrə 167, coğrafiya üzrə 157, fransiz dili üzrə 13, alman dili üzrə 12 vakant yer var.
 
Rus bölməsi üzrə ən çox vakant yerlər ibtidai sinif üzrədir. Belə ki, ibtidai sinif üzrə 135, informatika üzrə 83, fiziki tərbiyə üzrə 66, musiqi üzrə 63 vakant yer çıxarılıb. Rus bölməsində müəllimə tələbatın duyulduğu ən az duyulduğu fənlər fransiz dili, alman dili və tarix üzrədir. Fransiz dili üzrə 9, alman dili üzrə 26, traix üzrə 27 vakant yer müsabiqəyə çıxarılıb.
 Bakı məktəblərində rus bölməsi üzrə 299, Azərbaycan bölməsi üzrə 395 vakant yer müsabiqəyə təqdim edilib. Bakıda Azərbaycan bölməsi üzrə ən çox vakant yer rus dili (91 yer), fiziki tərbiyə (60 yer), informatika (43 yer) üzrədir.
 
Paytaxt məktəblərində rus bölməsi üzrə 30 fiziki tərbiyə, 29 informatika, 28 ibtidai sinif müəlliminə ehtiyac var.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10