Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu rayonların icra başçıları işdən çıxarılacaq — YENİ SİSTEM QURULUR


Azərbaycanın rayonlarında icra hakimiyyətlərinin fəaliyyətini qiymətləndirmək üçün yeni sistem qurulmalıdır.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev öz “facebook” hesabında bildirib. Onun sözlərinə görə, icra hakimiyyətlərinin işinə bu sistemlə qiymət verilməli və göstəriciləri zəif olan icra başçıları işdən getməlidir.

Məlumatda qeyd edilir:

“Hökumət McKinsey şirkətilə daha bir əməkdaşlığa başlayıb.

Prezidentin martda verdiyi sərəncama görə yerli icra hakimiyyətlərinin fəaliyyətinin səmərəliyini ölçən sistem qurulmalıdır və McKinsey bu işdə hökumətə məsləhətlər verir.

Yerli vətəndaş cəmiyyəti ekspertlərinin belə səmərəlilik indikatorları hazırlamaq sahəsində bilik və təcrübəsi olsa da, hökumət müstəqil yerli ekspertlərlə əməkdaşlığa maraq göstərməyib.

Ekspert qrupumuz dövlət qurumlarının fəaiyyətinin səmərəliliyini qiymətləndirmək üçün son 9 ildə 2 siyasət sənədi hazırlayıb: 2011-ci ildə hökumətin aqrar siyasətinin, 2016-cı ildə isə regioanal inkişafla bağlı siyasətin nəticələrini qiymətləndirmək üçün göstəricilər sistemi hazırladı.

Onsuz da nəticə əsaslı büdcə mexanizminə keçid baş verdiyi halda, bütün qurumların fəaliyyətini ölçən indikatorlar sisteminin formalaşdırılması mütləq baş verəcək.

Lakin indiki stiuasiyada yerli icra hakmiyyəti orqanlarının fəaliyyətindən əvvəl bölgə inkişafını xarakterizə edən göstəricilər sistemi qurulmalı, icra hakimiyyətlərinin fəaliyyətini ölçən göstəciilər sistemi bölgə inkişafını müəyyən edən indikatorlara nəzərən hazırlanmalıdır.

İldə bir dəfə isə həmin göstəricilər əsasında bölgələrin inkişaf və səmərəlilik reytinqi hazırlanmalıdır. Tutaq ki, son 10-luqda olan autsayder rayonlarda idarçilər dərhal vəzifəsindən getməlidir.

Hərçənd ki, yerlərdə hakimiyyətin seçkili təsisatlara verilməsinin qatı tərəfədarı olaraq yerli icra hakimiyyətləri üçün belə bir təklifi də gərək verməyəsən. Amma idarəetmə sistemi qalırsa, ən azından qiymətləndirmə sistemi də dediyim ardıcıllıqla qurulmalıdır.

Öz növbəsində, təklif olunan sistem istər təyinatlı, istərsə də seçkili bölgə idarəçiliyi üçün eyni dərəcədə keçərlidir…”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10