Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı (FOTO)


Güney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəallar ölkənin pul əsginazlarına və pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurublar.
Cenub.az axar.az-a istinadən xəbər verir ki, çox sayda çek və əsginazın üzərində "Yaşasın Azərbaycan” şüarı əks olunub.
Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan əvvəl də rast gəlinib. Bir müddət əvvəl İranın Təhsil naziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda neqativ sözlər dedikdən sonra pul əsginazlarına milli şüarlar yazılıb. Bu proses bəzi məntəqələrdə hələ də davam edir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10