Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İnternetdə açıq təhsil


İndi siz evdə otura-otura dünyanın hər yerində pulsuz təhsil almaq imkanı qazana bilərsiniz.

Ötən ay saytımızda yerləşdirilən “Ərkivanlı amerikalılar” yazısı yəqin ki, izləyicilərin yadındadır. Həmin yazıda ABŞ-da yaşayan həmyerlimiz, dəyərli alim Qorxmaz Mikayılov bizimlə müsahibəsində bildirmişdi ki, mən də Azərbaycan gənclərinə öz töhfəmi vermək istəyirəm. Birgə razılaşmamıza əsasən Qorxmaz müəllim internet üzərində təhsil almaq arzusunda olanlar üçün bilgilər verən 10-dan artıq saytın ünvanını (linkini) bizə göndərib. Biz də öz növbəmizdə Vikipediada distant təhsillə və bəzi pulsuz xarici kurslarla bağlı məlumatları da sizə təqdim edirik.


Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmu
nikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.
Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.
Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.
Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Udacity — əsası Sebastian Trun, Devid Stivens və Mayk Sokolski tərəfindən qoyulan şəxsi təhsil müəssəsidir. Təhsil onlayn verilir. Hal-hazırda (15 sentyabr 2013) 28 aktiv mövzu üzrə dərslər keçirilir. 2012-ci ilin yayında udacity dərslərinə 203 müxtəlif ölkədən tələbə qeydiyyatdan keçmişdir.

Coursera — əsası Stanford Universiteti professorları Andrew Ng və Daphne Koller tərəfindən qoyulan onlayn təhsil şirkətidir. Fəaliyyətə 2012-ci ilin aprel ayından başlayıb. Dərslər onlayn verilir. Fevral 2013-cü il məlumatına görə 2.7 milyondan çox istifadəçi qeydiyyatdan keçibdir.
Coursera istifadəçilərə mühəndislik, komputer elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.

edX / Free online courses from the world's best universities
Coursera / Online Courses From Top Universities
MIT OpenCourseWare / Free Online Course Materials
The Open Education Consortium / The Global Network for Open Education
Code.org / Anybody can learn
Stanford Online
AcademicEarth.org / Free Online Courses From Top Colleges
Khan Academy / Free Online Courses, Lessons
TED / Ideas worth spreading
Open Yale Courses
Download free eBooks at Bookboon.com
Internet Archive: Digital Library of Free Books, Movies, Music & Wayback Machine
Princeton Online
Udacity / Free Online Classes
Iversity / Open Online Courses - Study Anywhere
Opened.com / The Leading K-12 Standards Aligned Open Educational Resource Library
Openstax CNX / Sharing Knowledge and Building Communities





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10