İranda yaşayan azyaşlı qız aşiq olduğu 35 yaşlı kişi ilə qaçdığı üçün atası tərəfindən qətlə yetirilib.
Cenub.az xəbər verir ki, 13 yaşlı qız özündən 22 yaş böyük kişi ilə qaçdıqdan sonra qızın ailəsi polisə xəbər verib. Qısa müddət ərzində tapılan qız polis tərəfindən ailəsinə təslim edilib.
Evlərinə qayıtdıqdan sonra yuxuda olan qızının başını oraqla kəsən cani ata, daha sonra qanlı cinayət aləti ilə polis mərkəzinə gedərək təslim olub. Sözügedən şəxsin hazırda nəzarətdə olduğu və hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.